Icma.az
close
up
RU
Milli Məclis beynəlxalq ictimaiyyəti minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır

Milli Məclis beynəlxalq ictimaiyyəti minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13%-dən çoxunu çirkləndirmişdir. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir.
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar münasibətində əksini tapıb. Qeyd edilib ki, Ermənistanın qanunsuz hərbi işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minalar bir hərbi vasitə kimi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusunu təşkil edir. Ermənistan minaları beynəlxalq normalarla nəzərdə tutulan işarələr olmadan və əksər halda heç bir hərbi zərurət olmadan basdırmışdır.
Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməmiş və Azərbaycan ərazilərində mina basdırmaqda davam etmişdir. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir.
Xatırladılmalıdır ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla 388 nəfər azərbaycanlı mina qurbanı olmuşdur.
Humanitar dəyərləri ali tutan Azərbaycan Respublikası minatəmizləmə sahəsinə böyük diqqət və resurslar ayrılır. Ölkəmiz bu sahədə müvafiq qanunvericilik aktları qəbul etmiş və güclü praktik qabiliyyətlər inkişaf etdirmişdir. Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin xeyli hissəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş və bu fəaliyyət sistemli şəkildə davam edir. Azərbaycan humanitar həmrəylik prinsiplərinə əsaslanaraq, öz təcrübəsini mina problemindən əziyyət çəkən digər dövlətlərlə bölüşür.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir.
Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər.
Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə və minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri