Icma.az
close
up
RU
Azərbaycana möhtacdırlar, başqa cür qeyri mümkündür Mövqe

Azərbaycana möhtacdırlar, başqa cür qeyri mümkündür Mövqe

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənab Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı istər regional, istərsə də qlobal aləmdə baş verən proseslərlə bağlı çox ciddi mesajları oldu. Regional və beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu.  Cənab Prezidentin özlərini beynəlxalq aləmdə qanunun aliliyinin, demokratiyanın keşikçisi hesab edən, lakin fəaliyyətində hər zaman qərəzli fəaliyyətləri, üzv ölkələrə ikili standartlar tətbiq edən həm Qərb ölkələri, həm də Avropa strukturları haqqında çox ciddi mesajları və haqlı iradları ilə yadda qaldı”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin istər Qərb ölkələrindən, istərsə də Avropa strukturlarından, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin həllində gözləntiləri var idi. “Lakin zaman keçdikcə bəlli oldu ki, həmin Qərb özü Ermənistanın işğalçılıq siyasətinə dəstək verib Azərbaycanı işğal faktı ilə barışmağa sövq edir. Biz Qərb ölkələrinin və strukturlarının - bu istər Avropa Şurası, istər ATƏT, istərsə də digər təşkilatlar olsun - Azərbaycana qarşı qərəzli, ikili siyasət sərgiləməyə başladı. Bu təşkilatlar beynəlxalq hüququ müdafiə etmək əvəzinə öz müəyyən etdikləri dəyərlər sistemini ayaqlar altına atdılar. Həmin təşkilatlar və bəzi Qərb ölkələri erməni lobbisinin əlində Azərbaycana qarşı təzyiq vasitəsi olmaqla öz fəaliyyət istiqamətlərindən yayındılar. Beləliklə, Avropa strukturları, həmçinin Avropa Şurası gözləntilərimizi doğrultmadı. AŞPA hər zaman anti-Azərbaycan mövqe sərgilədi. Digər tərəfdən isə Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi”, - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini isə nə Qərb ölkələri, nə də onların strukturları həzm edə bildi: “Azərbaycanı açıq şəkildə cəzalandırmaq qərarına gəldilər. Azərbaycan bu təşkilatların qərəzli və ikiüzlü siyasətinə etiraz olaraq AŞPA-da fəaliyyətini dayandırmaq barədə qərar verdi. Azərbaycan artıq nə AŞPA-nın, nə də Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak edir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarları da tanımır. Cənab Prezident də bəyan etdi ki, Avropa Məhkəməsinin qərarının Azərbaycan üçün heç bir hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Ölkə başçısının dediyi kimi, Avropa Şurası “üzərində oturduğu budağı” kəsmiş oldu. Əslində, onlar Azərbaycana qarşı ayrı-seçkilik etməklə bizi təcrid etməyə cəhd göstərirdilərsə, nəticədə özlərini Qafqazdan məhrum etdilər. Bu dırnaqarası fəaliyyətin nəticəsi olaraq Gürcüstan da Azərbaycanın atdığı analoji addımı atdı. 

O baxımdan da AŞPA-nın qərarının Azərbaycana heç bir təsiri olmadı. Əksinə, həmin Avropa strukturları öz effektivliyini itirdi. Heç bir təsirə malik olmayan rudment və oyuncaq bir quruma çevriliblər. Onlar bilməlidirlər ki, artıq dünya dəyişdiyindən, beynəlxalq münasibətlər sistemindəki yanaşmaların, müzakirələrin də mövzusu dəyişib. Onlar istəməsə də belə, yeni dünya düzənində Azərbaycanın rolunu nəzərə almaq məcburiyyətində qalacaqlar. Azərbaycansız Qərblə Şərq arasında hər hansı etibarlı körpü rolunu oynayacaq ikinci ölkə yoxdur”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri