“Azərbaycana nə himayədar, nə də köməkçi lazımdır” Tural Gəncəliyev
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Prezidentin YAP-ın qurultayında səsləndirdiyi fikirlər çox böyük əhəmiyyət daşıyırdı. Xüsusilə onun vurğulaması ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad elementlərdən azad olmalıdır və Azərbaycanın müstəqil xarici siyasət aparması, müstəqil və heç kimdən asılı olmayan siyasət kursunu həyata keçirməsi ilə bağlı söylədiyi fikirlər də Azərbaycanın nə qədər güclü, suveren, müstəqil, yalnız özünə və öz gücünə arxalanan bir ölkə olduğunu, müstəqil siyasət apardığını bir daha təsdiqləmiş oldu".
Bunu Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirdi.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət kursu istər regional çərçivədə, istərsə də beynəlxalq səviyyədə saat mexanizmi kimi qurulub:
"Və elə dəqiqliklə işləyir ki, cənab prezidentin vurğuladığı kimi, biz heç kimə imkan vermərik və verməyəcəyik də ki, Azərbaycanın daxili işlərinə müdaxilə etsin. Azərbaycana nə himayədar, nə də köməkçi lazımdır. Azərbaycan öz gücünə, öz resurslarına, öz qüvvəsinə arxalanaraq siyasətini həyata keçirir. Bunun nəticəsidir ki, bütün dünya, güc mərkəzləri Azərbaycanla bərabər tərəfdaşlıq və əməkdaşlıq etməyə can atırlar. Azərbaycana rəğbət bəsləyirlər, Azərbaycanın dövlət başçısına böyük rəğbət və hörmət göstərirlər. Azərbaycan istər regional, istərsə də qlobal gündəmin formalaşmasında bu gün çox önəmli rol oynayır. Cənab prezidentin vurğuladığı fikir bir daha burada da öz təsdiqini tapmış olur ki, Azərbaycan bu gün orta güc dövlətinə çevrilib. Orta güc dövlətinə çevrilmək üçün, təbii ki, müstəqil xarici siyasət və müstəqil qərarvermə mexanizmi olmalıdır.
Yəni bizim tərəfdaşlarımız, əməkdaşlarımız da anlayırlar ki, Azərbaycan heç kimin sözü ilə oturub-duran ölkə deyil. Əbəs yerə deyil ki, xüsusilə Azərbaycanın istər müharibə və sülh məsələlərində, istərsə də postmünaqişə dövründə Cənubi Qafqazı təkbaşına konfrontasiya məkanından əməkdaşlıq məkanına çevirməyə nail olması, Azərbaycanın regional və qlobal səviyyədə qəbul edilən qərarlarda söz sahibi olması, paya malik olması bunların hamısı, təbii ki, ölkəmizin müstəqil xarici siyasətinin və bu kursun nə qədər önəmli, əhəmiyyətli olduğunun göstəricisidir. Azərbaycan, bir daha vurğulandığı kimi, heç kimə icazə verməyəcək ki, öz siyasəti ilə bağlı ölkəmizin daxili işlərinə qarışsın. Çünki bizim indiyə qədər çəkdiyimiz əziyyət, xərclədiyimiz resurslar yalnız öz milli mənafelərimiz, öz dövlətimizin və öz xalqımızın mənafelərinin irəlilədilməsi, Azərbaycanın güclü dövlət olması üçün hesablanıb və bu istiqamətdə davam etdirilir".
Millət vəkili nəzərə çatdırdı ki, Azərbaycan dövləti birinci növbədə öz milli mənafelərini, öz suverenliyini qoruyur və öz milli mənafelərindən, suverenliyindən irəli gələn addımlar atır:
"Ona görə də Azərbaycanın belə güclü ölkəyə çevrilməsini bütün dünyadakı güc mərkəzləri həzm etməli, anlamalı və yeni reallığın ortaya çıxdığını başa düşməlidirlər. Çünki Azərbaycan 2020-ci ildən və yaxud müharibədən əvvəlki dövrlərin Azərbaycanı deyil. Azərbaycan yeni və güclü dövlətdir, yeni reallığı yaradan dövlətdir. Azərbaycan orta güc dövləti kimi özünü artıq təsdiq edib, sübut edib. Azərbaycan bu gün beynəlxalq təşkilatlara sədrlik edir, Azərbaycana qarşı böyük rəğbət və hörmət göstərilir.
Azərbaycan dünya xalqlarının ümid yerinə, carçısına çevrilib. Necə ki, biz beynəlxalq təşkilatlarda, BMT-nin Baş Assambleyasından sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edərkən, COP29 tədbirlərini keçirərkən, WUF13 Beynəlxalq Şəhərsalma Forumunu təşkil edərkən məhz Azərbaycanın dünya səviyyəsində həyata keçirdiyi xarici siyasətin aspektlərini nəzərə alaraq bunları reallaşdırmışıq. Ona görə də Azərbaycanın yeni güc mərkəzi kimi formalaşması qəbul edilməlidir. Bu reallıqdır. Bunu heç kim inkar və təkzib edə bilməz. Bu, Azərbaycanın yeni gücünün və yeni reallıq formalaşdırmaq qabiliyyətinin də təcəssümüdür".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















