Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycana nifrət edən səfir uduzdu, geri çağırıldı

Azərbaycana nifrət edən səfir uduzdu, geri çağırıldı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səlahiyyət müddəti sentyabrda başa çatır. Əslində bunu “təxribat missiyası”nın başa çatması kimi də qiymətləndirmək olar, çünki onun İrəvana səfir təyin edilməsinin səbəblərini və fəaliyyətini incələdikdə hədəfin İran-Ermənistan münasibətlərinin qurulmasından daha çox, İran-Azərbaycan münasibətlərinin pozulması olduğu görünürdü.

Sübhanin səfir kimi fəaliyyətində iki xətt xüsusilə seçilirdi:

1. Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi – Azərbaycana qarşı separatizmin körüklənməsi;

2. İranın Ermənistana hərbi dəstəyini, xüsusilə silahların verilməsini təmin etmək;

Bu kontekstdə onun Ermənistana səfir təyin edilməsi tarixi xüsusilə diqqət çəkir. İranlı diplomat Ermənistana göndərilməmişdən öncə Suriyada səfir kimi fəaliyyət göstərirdi. Onun Suriyadakı fəaliyyəti birmənalı qarşılanmır. Yayılan məlumatlarda Sübhaninin Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Belə bir diplomatın 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Ermənistanda fəaliyyətə başlayan kimi Azərbaycana qarşı çıxışlara start verməsi, xüsusilə Qarabağda qalan separatçıları dəstəkləməsi belə şübhələri artırırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sübhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sübhaninin missiyası İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi. İran səfirinin separatizmə açıq dəstək verməsi və bütün fəaliyyətini Azərbaycana qarşı qurması onun Ermənistana xüsusi missiya ilə səfir göndərildiyi fikrini daha da gücləndirirdi. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyirdi.

Sübhanini “silahlandıraraq”, İrəvana göndərilməsində iki maraqlı qüvvə görünürdü.

Birincisi, İran siyasi istebleşmentində Azərbaycana qarşı olan qruplar, mühafizəkar dəstənin siyasi və hərbi qanadı;

İkincisi, Ermənistanda “müşahidəçilər” adı altında hərbi qüvvə yerləşdirən Qərb ölkələri;

Diqqətçəkən idi: Ermənistan AB müşahidəçiləri qismində bölgəyə “kənar qüvvələr” gətirsə də, İran daim Azərbaycanı ittiham edirdi. Bu ittihamlarda siyasi hədəflərin olması ilə yanaşı, Sübhaninin də rol oynadığı ehtimalları vardı. Məlumatlara görə, o, Tehrana Ermənistanda yerləşdirilən Qərb qüvvələrinin İrana təhlükə yaratmadığına dair “hesabatlar” göndərib. Bu prosesdə İrandakı mühafizəkar qanadla Ermənistana qüvvələr yerləşdirən Qərb ölkələrinin maraqlarının uzlaşması müşahidə edilirdi. Və burada Sübhani faktoru yenidən ön plana çıxır.

Mehdi Sübhani 1990-cı illərdə İranın Aərbaycandakı səfirliyində üçüncü, daha sonra ikinci katib kimi fəaliyyət göstərib. Hələ həmin dövrdə onun diplomatdan daha çox, kəşfiyyatçı kimi fəaliyyəti qeydə alınıb. Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edən Sübhani Bakı-Tiflis-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də xatırlanır. O, bir tərəfdən Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bunun Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışır, digər tərəfdən, II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tiflis-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlükləri haqda “məruzələr” deyirmiş. İstisna edilmir ki, Sübhani məhz həmin zaman Qərbin xüsusi xidmət orqanlarının diqqətinə düşüb, hətta müəyyən təmaslar da yaranıb. Belə bir diplomatın Cənubi Qafqazın gələcəyinin həlledici anında regiona göndərilməsi təsadüfə bənzəmirdi.

Sübhaninin “seçilməsi”ndə onun şəxsi keyfiyyətlərinin də rol oynadığı istisna edilməməlidir. İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulan Sübhani ölkədəki etniklərə nifrəti ilə tanınır. Onun İran Prezidenti Məsud Pezeşkiana nifrəti də məhz azərbaycanlı olmasından qaynaqlanır. İranın Azərbaycandakı keçmiş səfiri, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışan Abbas Musəvinin geri çağırılmasında Sübhaninin rolu olduğu haqda məlumatlar vardı. Etnik kimliyinə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) görə A.Musəvi haqqında İranda “Azərbaycan maraqlarının müdafiəçisi” rəyi yaradılırdı və bu fikirlərin Sübhani tərəfindən ortaya atıldığı deyilirdi.

Artıq Sübhaninin missiyası başa çatır və Bakı-İrəvan xəttində son anlaşmalar, Zəngəzur dəhlizinin rəsmiləşməsi, sülh sazişinin paraflanması fonunda bu təsadüfi deyil. Görünür, uğursuzluqla nəticələnən Sübhaninin “təxribat missiyası”na artıq ehtiyac qalmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri