İrana gözlənilən hücumun tarixi açıqladı “Fox News” yaydı
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ 9 noyabrda İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür. “AzPolitika” xəbər verir ki, bu barədə Tramp administrasiyasına yaxınlığı ilə tanınan “Fox News” məlumat yayıb.
Məlumatda deyilir ki, çərşənbə və cümə axşamı günləri Ağ Evdə bu mövzu ilə bağlı görüşlər keçirilib.
Mənbələr “Fox News”-a bildiriblər ki, "9 noyabrda Yaxın Şərqdə yeni ay doğacaq, yəni ay işığı az olacaq və ya heç olmayacaq. Bu, hərbi əməliyyatlar üçün əlverişli şəraitdir".
Bir gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı qərar verməli olduğunu bildirib.
"İranın nüvə proqramının dayandırılmasını və bunun bir daha təkrarlanmamasını təmin etmək üçün daha da irəli gedib zərbə endirmək istəyirikmi?", - deyə o soruşub.
Tramp ölkənin qalan hissəsini məhv etməməyi üstün tutduğunu, lakin bunu etməli ola biləcəyini bildirib.
“Fox News”-un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıqları yekunlaşdırır, lakin hələlik yeni göstərişlər almayıb.
Bundan əvvəl amerikalı jurnalist Taker Karlson ABŞ-nin yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyi barədə məlumat vermişdi.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















