Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Oxu, adam ol!

Oxu, adam ol!

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Şəmil Sadiq

“Oxu, adam ol!” Bu ifadə özündə nə qədər böyük məna daşıyır! Onun üzərində çox danışmaq, çox düşünmək olar. Elə ilk sual da budur: oxumaqla adam olunurmu?

Bir deyimimiz də var: “Alim olmaq asandır, adam olmaq çətin”. Bəs “Oxu, adam ol!” ifadəsindəki “oxu” nəyi nəzərdə tutur: alim olmağı, yoxsa adam olmağı? Bunların arasındakı əlaqə və sərhəd özü ayrıca müzakirə mövzusudur.

Məncə, bu ifadənin geniş yayılmasını insanların çətinliklə dolandığı, güzəranını ağır zəhmətlə təmin etdiyi dövrlərlə də əlaqələndirmək olar. İnsanlar görürdülər ki, oxuyan, təhsil alan adam həyatını daha yaxşı qura bilir. “Oxuyan adam” deyəndə də, əsasən, universitetə qəbul olunan, diplom alan, ali təhsilə və müəyyən savada yiyələnən insan nəzərdə tutulurdu. Təhsil onun qarşısında yeni imkanlar açır, daha yaxşı iş tapmasına, güzəranını yaxşılaşdırmasına kömək edirdi. Təhsil almayanlar isə çox vaxt daha ağır, az gəlirli işlərdə çalışırdılar. Amma bu ifadənin mənasını yalnız gəlirlə, dolanışıqla bağlamaq da doğru olmaz. Nənələrimiz, babalarımız “Oxu, adam ol!” deyəndə, yəqin ki, oxuyan insanların daha bilikli, düşüncəli, mədəni olduğunu da görürdülər. Onların nəzərində oxumaq həm həyatını qurmağın, həm də insan kimi yetişməyin yolu idi. Zaman keçdikcə isə bu mənalardan biri daha çox önə çıxdı: oxu ki, yaxşı işin, yaxşı maaşın, yaxşı güzəranın olsun.

Son vaxtlar bunun əksinə yönələn fikirlərlə də tez-tez rastlaşırıq. Populist çıxışlarda belə sözlər eşidirik: “Filankəs oxuyub nə edib ki, mən də oxuyum?” İnsanlar həyatlarını yaxşılaşdırmağın yollarını başqa sahələrdə axtarır, gördükləri nümunələr əsasında oxumağın əhəmiyyətini sorğulayırlar. Məsələn, bir gənc oxuyur, ali təhsil alır, istedadı və biliyi ilə universiteti bitirir. Sonra iş axtarır, min–min beş yüz manat maaşla, bəzən bundan da aşağı ödənişlə iş tapa bilir. Digər tərəfdə isə ali təhsili, ciddi savadı olmayan biri şou-biznesdə, bloqerlikdə, sosial şəbəkələrdə, ticarətdə və ya biznesdə uğur qazanır, xeyli pul əldə edir, özünə rahat həyat qurur. Bu mənzərəni görən gənc də soruşur: “Əgər məqsəd yaxşı yaşamaqdırsa, mən niyə illərlə oxumalıyam?”

Düyün də elə buradadır: oxumağın məqsədini nə hesab edirik? Yalnız çox pul qazanmağı, yoxsa insan kimi yetişmək?

Məncə, “Oxu, adam ol!” ifadəsinin bu gün iki məna tərəfini birlikdə düşünməliyik. Biri insanın təhsil alması, peşə sahibi olması, özünə və ailəsinə yaxşı həyat qurmasıdır. Digəri isə onun mədəni, dünyagörüşlü, düşüncəli, vicdanlı, ədalətli, ləyaqətli, başqasının hisslərini duya bilən, fərqliliklərə dözümlə yanaşan, cəmiyyətə və bəşəriyyətə faydalı bir insan kimi yetişməsidir. Mən bu ifadədə məhz həmin ikinci mənanın da aydın görünməsini istəyirəm. Çünki oxuyub adam olmaq, doğrudan da, asan məsələ deyil. Oxuyub alim olan var, böyük mütəxəssis olan var, geniş biliyə yiyələnən var. Amma bəzən həmin insanın davranışı, başqasına münasibəti, vicdan və ədalət anlayışı elə bir səviyyədə olur ki, düşünürsən: bəs bütün bu oxuduqları onun insanlığına nə verib?

İnsanın bildikləri ilə davranışları arasında bu qədər məsafə olanda “Alim olmaq asandır, adam olmaq çətindir” deyiminin mənası daha aydın görünür. Deməli, bilik sahibi olmaqla insan kimi yetişmək həmişə eyni nəticəyə gətirmir. Diplom almaq, elmi ad qazanmaq, öz sahəsində böyük mütəxəssis olmaq hələ adam olmağın bütün şərtlərini yerinə yetirmək demək deyil. Halbuki oxumağın geniş mənasında insanın özünə, ailəsinə, cəmiyyətə faydalı olması da dayanmalıdır. İnsan qarşısındakını başa düşməyi, öz fikrini ona başa salmağı bacarmalıdır. Oxuduqları onun düşüncəsində, münasibətlərində, davranışında da görünməlidir. Məncə, üzərində dayanmalı olduğumuz əsas məqam budur.

Biz uşaqlarımıza “Oxu, adam ol!” deyirik. Onlar isə bəzən cavab verirlər: “Sən oxuyub nə etmisən ki? Mən İnstaqramda, TikTokda daha çox pul qazana bilərəm”. Bu cavabın içində bizim oxumağa verdiyimiz mənanın da payı var. Əgər oxumağı daim yaxşı maaş, yaxşı vəzifə, rahat güzəranla izah ediriksə, uşaq da gördüyü nümunələri həmin ölçü ilə müqayisə edir. Daha çox qazananı daha uğurlu sayır və təhsilin ona nə verəcəyini soruşur.

Beləcə, adam olmağı yalnız pul qazanmaqla bərabər tutan bir düşüncənin girdabına düşürük. İnsanın dəyərini qazancı ilə ölçəndə onun mədəniyyəti, vicdanı, ədaləti, başqasına münasibəti arxa planda qalır. “Oxu, adam ol!” ifadəsinin içindəki insanlıq mənası zəifləyir, güzəran mənası isə bütün digər mənaları üstələyir.

Bir tərəfdən də ali təhsil almaq, universitetə qəbul olunmaq, diplom əldə etmək arzusu geniş yayılıb. Amma bu yoldan keçənlərin hamısı eyni cür oxumur, eyni nəticəyə gəlmir. Biri əzbərləyir, biri müəyyən məqamda bəxtinin gətirməsi ilə irəliləyir, biri isə gecəsini gündüzünə qatıb çalışır, həqiqətən bilik sahibi olur. Sonra da bəzən bütün zəhmətinə baxmayaraq istədiyi işi görə, arzuladığı həyatı qura bilmir.

Ona görə bu mövzuda suallar da çoxdur, təzadlar da. Oxumaq insana nə qazandırmalıdır? Bilikmi, dolanışıqmı, insanlıqmı? Biz “adam olmaq” deyəndə bunların hansını nəzərdə tuturuq? Uşağa bu sözü deyərkən özümüz onun mənasını nə qədər aydın dərk edirik?

“Oxu, adam ol!” deyirik. Amma oxumaqla adam olmaq arasındakı yolu necə keçəcəyimizi də düşünməliyik. Alim olmaqla adam olmaq arasındakı sərhəd haradan keçir? Oxuduqlarımız nə zaman yalnız bildiklərimiz olaraq qalır, nə zaman davranışımıza, vicdanımıza, insanlığımıza çevrilir?

Cəmi üç sözdür: “Oxu, adam ol!” Amma adam düşündükcə düşünür...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri