Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP). Azərbaycana qarşı qərəzli iddiaları ilə tanınan təşkilat səssizliyə bürünüb, nə “araşdırmaları” var, nə də bu “araşdırmaların” altına imza atan Xədicə İsmayıl. Bu mənzərə açıq suallar yaradır:

- OCCRP-nin Xədicə İsmayılın “araşdırmaları” kimi təqdim etdiyi iddiaların qaynağı hara idi?

- Bu “araşdırmalar” harada hazırlanırdı?

- Nə baş verdi ki, “araşdırmalar” dayandı?

- Bəs, Xədicə İsmayıl niyə yeni “araşdırma” aparmır?

Bu suallara cavab axtarışı ilk növbədə OCCRP kölgəsində gizlənən qüvvəyə baxmaq zərurəti yaradır. Təşkilat özünü “müstəqil və obyektiv” elan etsə də, onun yaradılması və hədəfləri izi ABŞ kəşfiyyatına qədər aparır.

OCCRP rəsmi saytında 2007-ci ildə BMT-nin Demokratiya Fondunun qrantı ilə yaradıldığı qeyd olunsa da, faktlar fərqli nəticəni ortaya çıxarır: həmin tarixdə BMT qrantı OCCRP-yə yox, fərqli təşkilata ayırıb. OCCRP isə 2008-ci ildə ABŞ Dövlət Departamentinin “İNL” kimi tanınan Beynəlxalq Narkotiklər və Hüquq-Mühafizə İşləri Bürosunun ayırdığı 1 milyon dollar vəsaitlə fəaliyyətə başlayıb. “İNL” xəttindən maliyyə mənbəyinin gizlədilməsi məqsədilə istifadə edildiyi görünür, çünki OCCRP-nin əsas nəzarətçisi USAİD olub. USAİD rəsmisi Meq Qaydosik də təsdiq edir ki, o, OCCRP üçün həm daxili maliyyə vəsaitinin ayrılmasına nail olub, həm də daha böyük qrant layihələri ala bilməsini təşkil edib. USAİD-in rəhbəri olmuş Samanta Pauer (erməni lobbisinin əsas üzvlərindən olan Pauer Azərbaycana qarşı hücumları ilə məşhurdur) isə 2021-ci ildə “Müstəqil Media və Demokratiyanın inkişafı” adlı tədbirdə çıxışı zamanı OCCRP-ni ABŞ hökumətinin əsas tərəfdaşı adlandırmışdı.

OCCRP-nin yaradılması “zərurəti”nin kökləri Filippinə qədər gedib çıxır. 2001-ci ildə Filippin Araşdırma Jurnalistika Mərkəzi (PCİJ) həmin vaxt ölkənin prezidenti Cozef Estradanın “korrupsiya əməlləri” haqda araşdırma apardı, nəticədə kütləvi aksiyalar başladı və dövlət çevrilişi baş tutdu. Millətçi mövqeyə malik olan Cozef Estrada ABŞ-a “düşmən münasibət” sərgiləyirdi və Vaşinqtonun maraqları üçün təhlükə hesab olunurdu. Çevriliş vaxtı Filippində işləmiş Dövlət Departamentinin əməkdaşı Maykl Henninq daha sonra ABŞ-ın Bosniyadakı səfirliyinə təyin olundu. Bu o vaxtlar idi ki, ABŞ postsovet məkanında təsir imkanlarını gücləndirmək və Rusiyanı sıxışdırmaq siyasətini prioritet istiqamət olaraq seçmişdi. Maykl Henninq Almaniyanın NDR ictimai teleradio şirkətinə müsahibəsində bildirirdi ki, Filippində öyrəndiklərim müstəqil araşdırma mərkəzinə ehtiyac olduğunu anlamağa imkan verdi.

OCCRP-nin yaradılması zərurəti də burada ortaya çıxır: Filippindəki təcrübədən istifadə edərək, ABŞ-ın hədəfində olan ölkələrlə bağlı “araşdırmalar” aparmaq və hökumətlərə təzyiq aləti kimi istifadə etmək;

Təşkilatın rəhbəri Drev Sallivanın (Drew Sullivan) da Maykl Henninq Filippində olduğu vaxt orada olması təsadüfi deyildi. Məlumatlara görə, ideya müəllifi Henninq Sallivanı PCİJ-də (Filippində çevrilişi hazırlayan təşkilat) işləyən Şeila Koronel ilə əlaqələndirib və onun təcrübələri əsasında OCCRP yaradılıb. Sallivan təşkilatın maliyyəsinin “könüllü ianələr” hesabına formalaşdırdığını iddia etsə də, qaynağın USAİD olduğu məlumdur. Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin OCCRP-nin fəaliyyəti ilə bağlı birgə araşdırması da bunu isbatlayır.

Araşdırma faktları müəyyən edib: 2014-2023-cü illər ərzində OCCRP-nin xərclərinin 52 faizi ABŞ tərəfindən təmin edilib. Təşkilatın yarandığı 2008-ci etibarən ABŞ 47 milyon dollar vəsait ayırıb, həmçinin əlavə 12 milyon dollar ayırmaq vədini verib. Zaman-zaman Avropa ölkələrindən - Fransa, Danimarka, İsveç, Niderland, Böyük Britaniya və s. də təşkilata maliyyə axıb, lakin əsas mənbə ABŞ-dır.

OCCRP-nin missiyası ABŞ xarici siyasətinə uyğun olaraq, hədəf seçilən ölkə haqqında “araşdırma” aparmaq, həmin araşdırmanı yerli jurnalistlərin birinin imzası ilə təqdim edərək, sifarişçini və məqsədi gizlətmək olub. “Panama sənədləri”, “Pandora sənədləri”, “Suisse Secrets”, “Camaşırxana”, “Çin tütünü” kimi araşdırmaların hər birinin arxasında ABŞ-ın siyasi hədəfləri olub.

Azərbaycan OCCRP-nin “xüsusi diqqət” ayırdığı ölkələrdən biri olub. Bunun iki mümkün səbəbi olub:

Birincisi, Azərbaycanın müstəqil xarici siyasəti, xüsusilə enerji bazarında milli maraqlarına uyğun fəaliyyətini qəbul etməyən maraqlı ölkələr və qüvvələr “araşdırmaların” sifarişçisi idi.

İkincisi, erməni diasporu/lobbisi Azərbaycana qarşı “araşdırmalar”da əsas maraqlı tərəf idi: OCCRP-nin maliyyə mənbəyi olan USAİD-in ermənipərəst mövqeyini gizlətməyən rəhbəri Samanta Pauer bu məsələdə əsas dəstəkçilərdən olub. Ruben Vardanyan-Amal Alamuddin Kluni (Corc Kulinin həyat yoldaşı olan erməni əsilli Amal Kulini “araşdırmalar”a imza qoyan Xədicə İsmayıl həbs olunanda ona vəkillik edirdi)-Samanta Pauer Azərbaycana qarşı şəbəkənin görünən fiqurları idi.

OCCRP-nin qondarma iddialardan ibarət olan “Azərbaycan camaşırxanası” araşdırmasının “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Bakıda yeni müqavilənin imzalanmasına hazırlıq ərəfəsində dövriyyəyə buraxılması deyilənləri təsdiq edən amillərdəndir.

Azərbaycanla bağlı “araşdırmalar”ın altındakı imza əsasən Xədicə İsmayıl olub, lakin onun bu araşdırmaları heç vaxt aparmadığı, sadəcə, imzasından istifadə edildiyi məlumdur.

a) “Araşdırmalar”da irəli sürülən iddialar və məlumatlara jurnalist çıxışının mümkün olmaması;

b) Hazırda belə “araşdırmaların” yoxa çıxması;

Bu iki detal “araşdırmalar”ın Xədicə İsmayıl tərəfindən aparılmadığını təsdiq etməyə kifayətdir. Azərbaycanla bağlı “araşdırmalar”ın əsasən Barak Obama və Co Bayden administrasiyaları dövrünə təsadüf etməsi də diqqət çəkir. Çünki hər iki administrasiyasının dövründə ABŞ-Azərbaycan əlaqələrində Vaşinqtondan qaynaqlanan səbəblərə görə “soyuqluq” olub və rəsmi Bakıya qarşı təzyiq siyasəti yürüdülüb. OCCRP-nin Obama və Bayden-Blinken administrasiyasında, eləcə də ermənipərəst Pauerin rəhbərlik etdiyi USAİD kimi təşkilatların “laboratoriyalarında” hazırlanan, Xədicə İsmayılın imzası ilə yayımlanan “araşdırmaları” da bu təzyiq siyasətinin tərkib hissəsi idi.

Belə “araşdırmalar” niyə yoxa çıxıb?

1. Donald Tramp ABŞ-a rəhbərlik etdiyi ilk hakimiyyəti dövründə olduğu kimi, hazırda da Azərbaycanla əməkdaşlıq siyasətinə üstünlük verir;

2. Tramp Administrasiyası Bayden-Blinken dövründən qalan “Vaşinqton bataqlığı”nın qurudulması siyasətini həyata keçirir: nəticədə erməni lobbisinin fəaliyyəti məhdudlaşıb, eləcə də lobbi maraqlarına xidmət edən USAİD kimi təşkilatlar bağlanıb və indi nə OCCRP-nin siyasi hədəflərə hesablanmış “araşdırmalarına” ehtiyac var, nə də bu “araşdırmalara” imza qoyacaq jurnalistlərə.

Xədicə İsmayılın yeni “araşdırma” apara bilməməsi, ümumiyyətlə Azərbaycana qarşı təzyiq xarakteri daşıyan böhtanların gündəmdən düşməsi bundan qaynaqlanır. Və bir daha aydın olur ki, Azərbaycanla bağlı “araşdırmalar” Xədicə İsmayıl tərəfindən yox, OCCRP-nin bağlı olduğu “laboratoriyalar”da hazırlanırmış.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Noyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri