Icma.az
close
up
RU
Nazir müavini: İƏT Mədəniyyət Festivalının İslam ölkələri arasında qarşılıqlı anlaşmaya mühüm töhfə verəcəyinə inanırıq EKSKLÜZİV

Nazir müavini: İƏT Mədəniyyət Festivalının İslam ölkələri arasında qarşılıqlı anlaşmaya mühüm töhfə verəcəyinə inanırıq EKSKLÜZİV

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC

İƏT Mədəniyyət Festivalının böyük coşqu və gözəl təşkilatçılıqla başlaması həm simvolik, həm də strateji baxımdan mühüm hadisədir. Belə ki, burada yalnız festivalın açılışına şahid olmadıq, eyni zamanda İslam dünyasının mədəni inteqrasiyasına, qarşılıqlı yaradıcılıq mübadiləsinə və birgə inkişaf perspektivinin yeni mərhələsinə addım atdıq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

“Bu platformanın məqsədi yalnız mədəniyyət nümunələrinin nümayişi deyil, həm də İslam ölkələri arasında mədəni əməkdaşlığın dərinləşdirilməsi, yaradıcı sənayelərin inkişafı və gələcəkdə yeni ortaq layihələrin əsasının qoyulmasıdır. İslam mədəniyyətinin rəngarəngliyi, zəngin tarixi irsi və yaradıcı potensialı dünyanın hər yerində daha geniş tanıdılmağa layiqdir. İslam Əməkdaşlıq Təşkilatının bu sahədəki imkanları, resursları və qlobal miqyasda nüfuzu son dərəcə genişdir. Biz Türkiyə olaraq mədəni diplomatiyanın inkişafı, kino, ədəbiyyat, musiqi və incəsənət sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində həmişə aktiv və öncül mövqe nümayiş etdiririk. Bu mənada Yunus Əmrə İnstitutunun və digər mədəniyyət qurumlarımızın festivalda iştirakını olduqca əhəmiyyətli hesab edirik. Həmçinin festivalın İslam ölkələri arasında qarşılıqlı anlaşma, mədəni ünsiyyət və sivilizasiyalararası dialoqun güclənməsinə mühüm töhfə verəcəyinə inanırıq. Mədəniyyət insanları, xalqları və qəlbləri birləşdirən ən güclü körpüdür. Biz birlikdə bu körpünü daha güclü inşa etməyə və gələcək nəsillərə daha dayanıqlı şəkildə ötürməyə hazırıq”,-deyə nazir müavini vurğulayıb.

Nadir Alpaslan yüksəksəviyyəli təşkilatçılığa görə Azərbaycana xüsusi təşəkkürünü bildirib: “Festivalın keçirildiyi məkan, yaradılan şərait və mədəni atmosfer həm qonaqlar, həm də iştirakçı ölkələr üçün son dərəcə dəyərli təcrübədir. Əminəm ki, bu başlanğıc gələcək illərdə daha da genişlənəcək, yeni mədəni layihələr, ortaq istehsallar, mədəniyyət mübadiləsi proqramları və yaradıcılıq platformaları ilə davam edəcək.

Bizim üçün qardaş Azərbaycan xüsusi dəyərə malikdir. “Bir millət, iki dövlət” anlayışı yalnız şüar deyil, tariximizin, birliyimizin, qardaşlığımızın və strateji əməkdaşlığımızın canlı ifadəsidir. Hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də birlikdə irəliləməyə, ortaq addımlar atmağa, bir-birimizi dəstəkləməyə davam edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri