Icma.az
close
up
RU
Azərbaycana qarşı informasiya təxribatlarının arxasında Rusiya DAYANIR

Azərbaycana qarşı informasiya təxribatlarının arxasında Rusiya DAYANIR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ötən ilin sonunda Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Hazırda Qazaxıstan hadisə ilə əlaqədar istintaq aparılır və yekun nəticələrin tezliklə açıqlanacağı bildirilib.

Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra faciə ilə əlaqədar saxta informasiyalar yayılıb.

Rəsmi qurumlar qeyd edib ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Saxta informasiyaların mənbəyi Rusiyanın mətbuat orqanları, Moskvaya yaxın teleqram kanallarıdır.

Bir neçə gün əvvəl Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

Rusiyanın Azərbaycana qarşı təxribat xarakterli informasiyalar yaymasının arxasında duran səbəblər nələrdir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Musayev bildirib ki, Rusiya Azərbaycana qarşı qaba davranarsa, ona sərt mövqe göstəriləcək:

“Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub. Müxtəlif versiyalar səsləndirilir. Mənim versiyama, əldə olunan məlumatlara görə, təyyarə qəsdən vurulub. Ona heç bir don geydirmək olmaz. Hadisədən sona Rusiya-Azərbaycana münasibətləri kəskinləşməyə başladı. Cənab Prezident qətiyyətlə Rusiya rəhbərliyinin üzr istəməli ödəməli olduğunu bildirdi. Təbii ki, Azərbaycan mətbuatı məsələni araşdırmağa başladı. Rusiyaya qarşı münasibətlər xeyli kəskinləşdi. Bu da Rusiyanı narahat edir. Ona görə də, səfirimiz Rusiya xarici işlər naziri  Qaluzin tərəfindən qəbul olunub. Təbii ki, Rusiya mediasında da, sosial şəbəkələrində də Azərbaycana və onun rəhbərliyinə qarşı çox xoşagəlməz ifadələr işlənir. Bununla bağlı biz etiraz edirik. Onların da səfiri bizim XİN-ə çağırılıb. "Qara qutu" da tapılıb. Biz bu məsələnin qanunvericiliyə uyğun araşdırılıb, açılamasını istəyirik. Amma bir şeyi nəzərə  almaq lazımdır ki, Rusiya böyük, qaba, imperiya siyasəti yeridən dövlətdir. Bunlar nisbətən balaca dövlətlərin onlarla dirəşə bilməsinə öyrəşməyiblər. Biz bütövlükdə qonşu dövlətlərlə münasibətlərin yaxşı olmasını istəyirik. Amma Azərbaycana qarşı belə qaba rəftar olacaqsa, ona qarşı  sərt mövqe olacaq. Bizim mövqe haqlı və düzgündür".

Deputat vurğulayıb ki, Rusiyanın addımı beynəlxalq hüquqa ziddir: "Sərt formada biz Rusiyanın bu məsələlərdə haqsız olduqlarını aşkara çıxarırıq, səhv olduqlarını üzlərinə deyirik. Biz bunun beynəlxalq hüquqa da zidd olduğunu da açıq bəyan edirik. Müttəfiqliyə, dostluğa, qonşuluğa yaraşmayan hərəkət kimi qiymətləndiririk".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri