Icma.az
close
up
RU
“Qurani Kərim”ə qarşı xoşagəlməz KAMPANİYA Arxasında hansı güclər DAYANIR?

“Qurani Kərim”ə qarşı xoşagəlməz KAMPANİYA Arxasında hansı güclər DAYANIR?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlarda sosial şəbəkələrdə “Qurani-Şərif” haqqında xoşagəlməyən videolar paylaşılır. Sıradan biriləri müqəddəs kitab haqqında hədyanlar danışır. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən dinşünas Tural İrfan deyir ki, sosial şəbəkələrdə, xüsusən TikTok platformasında, əsasən də qadınlardan ibarət ayrı-ayrı şəxslər İslam dini, mənəvi dəyərlər, müqəddəs "Qurani - Şərif" əleyhinə təhqiramiz təbliğat aparırlar:
 

MÖVZU İLƏ BAĞLI:
ABŞ-da konqresmenliyə namizəd "Quran"ı yandırdı – VİDEO


“Cəmiyyət üçün digər zərərli mövzularla yanaşı müqəddəs hesab olunan dəyərləri təhqir edib hədəfə gətirməklə bu şəxslər həm milli-mənəvi dəyərlərimizə qarşı çıxır, həm də qanunu pozurlar. Söz və etiqad azadlığından sui-istifadə edən belə şəxslər barədə mütləq hüquqi ölçü götürülməlidir. İnanıb inanmamaqda vətəndaşlar sərbəstdir. Lakin inanan insanları və inandıqlarını aşağılamaq yolverilməzdir.
Belə hallar son dövrdə geniş vüsət alır və sanki ənənəyə çevrilir.
Görünür bəlkə də xaricdən təsirlər burada rol oynayır. Çünki mütəmadi olaraq daxildə vəziyyətə müdaxilə etmək istəyən məkrli və təxribatçı qüvvələrin təsirləri müşahidə olunur. Dövlətin aidiyyəti strukturları bu halların qarşısını alsa belə, yenə də özünə boşluq tapıb mənfur niyyətlərini həyata keçirmək istəyənləri görmək mümkündür”.
Müsahibimiz qeyd edib ki, "Quran" iki milyarda yaxın müsəlmanın inandığı, müqəddəs saydığı və bir o qədər də insanın hörmət etdiyi kitabdır:
“Bu kitaba qarşı, kitabın ehtiva etdiyi dəyərlərə qarşı təhqiramiz təbliğat aparmaq eyni zamanda ona etiqad edən milyonlarla insanı təhqir etməkdir. Xüsusən qadına yaraşmayan və xarakterik olmayan bu çıxışlar Azərbaycan qadınının tarixi, milli obrazına da xələl gətirir. Bəziləri də özlərini məşhur etmək üçün populist çıxışlara yol verir, sanki məsuliyyətə alınmayacaqlarından əmin şəkildə müqəddəsatı hədəfə gətirirlər. Bu kitabı təhqir etmək dövlətə, xalqın min ildən artıq yaşatdığı inanca hörmətsizlikdir”.
Sosial şəbəkələrdən sui-istifadənin özü də günahdır.
Dinşünas hesab edir ki, dinə görə nemətə qarşı naşükürlük, ondan sui-istifadə, nankorluq etmək böyük qəbahət və günahlardandır:
“Heç kəs azadlıqdan, münbit və sabit şəraitdən, yaradılmış imkanlardan sui-istifadə etməməlidir. "Quran"a inanmayanlar özlərinə hörmət arzu edirlərsə, inananların inancını, kitabını təhqir etməməlidirlər. Bu məsələ bir qədər də dərinə getsə təxribata yol aça, əks etirazlar doğura bilər. Odur ki, bu və bu kimi xoşagəlməz hallara qarşı aidiyyəti qurumlar tərəfindən ciddi tədbir görülməsi zəruridir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri