Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycana qarşı şok plan zərbəni gör haradan vurmaq istəyirlər

Azərbaycana qarşı şok plan zərbəni gör haradan vurmaq istəyirlər

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni revanşistlər və onların havadarları Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləməsini, işğalçını layiqincə cəzalandırmasını hələ də həzm edə bilmirlər. Hərbi Zəfərimizdən sonra Qərbdən ölkəmizə artan təzyiqlər, qəbul edilən çoxsaylı qərəzli, böhtan dolu qərar və qətnamələr buna şübhə yeri qoymur.

Məkrli çevrələr, Türk düşmənləri həm ermənilərin əli ilə, həm də özləri Azərbaycana zərbə vurmaq üçün ən müxtəlif planlar qurmağa, ssenarilər hazırlamağa çalışırlar. Hədəflərdən biri də xüsusən də gəclərin beynini zəhərləmək, daxili birlik və həmrəyliyimiz sarsıtmaqdır. Təsadüfi deyil ki, bu məsələyə Prezident İlham Əliyev bir neçə dəfə diqqət çəkib.

“Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi xarici qüvvələrin regiona təsir göstərməsi üçün əsas alət olub. Lakin bu gün aydındır ki, keçmiş münaqişə idarəetmə vasitəsi kimi öz əhəmiyyətini itirir, çünki Azərbaycan bu mövzunu beynəlxalq gündəmdən çıxarmaq üçün ardıcıl strategiyasını həyata keçirir”.

“Yeni Müsavat” xatırladır ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun fikrincə, artıq Ermənistan da Nikol Paşinyanın simasında, hələlik yetərli olmasa da, sülh gündəmi üçün son dərəcə zərərli olan “miatsum”, “Böyük Ermənistan” və “1915-ci il soyqırımı” kimi mövzuların bölgəyə təsir aləti kimi istifadə olunmaması üçün müəyyən addımlar atır: “Belə bir anlaşma formalaşır ki, bu mövzular, sadəcə, "siçan tələsindəki pendir" kimidir - cəlbedici görünsə də, Ermənistanın dövlət kimi gələcəyi üçün ciddi təhlükədir. Bəs münaqişə mövzusu xarici qüvvələrin aləti kimi təsirini tamamilə itirərsə, alternativ hansı formada görünəcək?"

Sabiq nazir öz sualına belə cavab verir: “Əslində cavab artıq var - əgər biz "Ərəb baharı" hadisələrinə və ya Şərqi Avropa və postsovet ölkələrində müxtəlif rəng və çalarlarda “məxməri inqilablar” silsiləsinə nəzər salsaq. Azərbaycanda nə ola bilər, münaqişə ilə (Qarabağ - red.) idarəçilik mexanizmini nə ilə əvəz etməyə çalışacaqlar? Sualının cavabı aydındır - daxildən vəziyyəti pozmağa cəhdlər olacaq".

Onun sözlərinə görə, bu məsələdə xalqın narazılığının səbəbi xarici məkrli oyunçular üçün həlledici əhəmiyyət daşımır. “Onlar istənilən bəhanədən - istər real, istərsə də uydurma - istifadə etməyə çalışacaqlar. Axı Liviyada əhalinin yaşayış səviyyəsi digər Afrika ölkələrindən xeyli yüksək idi, lakin informasiya təxribatçılarının hədəfli fəaliyyəti ölkənin dağılmasına və artıq ikinci onillikdir davam edən vətəndaş müharibəsinə səbəb oldu. Demək ki, bizim Qələbəmiz, təəssüf ki, Fukuyamanın dediyi kimi, hələ "tarixin sonu" deyil. Ayıq-sayıq olmamız lazımdır!" - Zülfüqarov xəbərdarlıq edib.

Bəs daxili birliyimizi və sabitliyimizi qorumaq üçün daha nələr edilməlidir - hakimiyyət, cəmiyyət, ziyalılar və media səviyyəsində? İnternet-kommunikasiya əsrində o sırada gənclərimizin təhlükəli “5-ci kolona” çevrilməsinin qarşısını necə almaq olar?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, əvvəla, Azərbaycanda sabitlik yüksək səviyyədə qorunur. Partiya sədrinin sözlərinə görə, iqtidarla siyasi partiyalar arasında münasibətlər və dialoq var. S.Rüstəmxanlı qeyd etdi ki, amma bu vəziyyətin daha etibarlı olması üçün bəzi qapılar açılmalıdır, vətəndaşlarla rəsmi dairələr arasında əlaqələr xeyli dərəcədə yaxşılaşmalıdır: “Eyni zamanda işsizlik, insanları narahat edən sosial məsələlər, quru sərhədlərin açılması, əhalini narazı salan bir sıra hallar aradan qaldırılmalıdır. Çünki hamı Zəfərimizə sevindi, vətəndaşlar dövlət başçısının yürütdüyü siyasəti bəyənir, amma kiçik məmurlar da vəziyyətdən sui-istifadə edərək qudurğanlığa yol verməməlidirlər. Əksinə, Prezidentin siyasətini dəstəkləməli, xalqa sevgi ilə yanaşmalıdırlar”.

VHP sədri əlavə etdi ki, burada süni surətdə yaradılan narazılıqları, ölkəyə kənardan müdaxilələri nəzərdə tutmur: “Xarici müdaxilələrə qarşı mübarizə aparılmalıdır. Sadəcə, ölkə içindəki neqativ hallar aradan qalxmalıdır. Yəni təkcə çörək, güzəran məsələsi deyil, məsələn, televiziyalardakı səviyyəsiz verilişlər insanların əsəbləri ilə oynayır. Yaxud toy mərasimləri olsun, restoranlar menyunu "od qiymətinə" qoyur. Yaxşı, bəs bu “toy mafiyası”nı kimlər idarə edir? Yəni bütün bunlar bəlkə xırda görünə bilər, amma cəmiyyətdə gərginlik yaradan hallardır. Ona görə də bu məsələlər həllini tapmalıdır ki, cəmiyyətdə narazılıq artmasın və kənar müdaxilələr üçün bəhanə yaranmasın".

S.Rüstəmxanlı vurğuladı ki, bununla belə, bu gün dövlət bir sıra sahələrə dəstək verir, büdcədən vəsaitlər ayrılır, amma həmin maliyyənin şəffaf şəkildə xərclənməməsi ilə bağlı mətbuatda məlumatlar olur: “Bu maliyyənin xərclənməsinə dövlət nəzarəti daha da güclənməlidir. Bundan başqa, dostlarla, qonşularla münasibətlərdə ölçülü-biçili olmaq lazımdır. Misal üçün, yunan Kipri məsələsinə görə dərhal türk respublikalarına hücum edilir ki, "Turan birliyi" dağılacaqmı? Bundan da düşmən qüvvələr, “Moskva aşiqləri” istifadə edirlər. Hesab edirəm ki, bu neqativ halların da qarşısı alınmalıdır".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri