Icma.az
close
up
RU
Azərbaycana qarşı basqı: Sifarişin haradan gəldiyi bəllidir

Azərbaycana qarşı basqı: Sifarişin haradan gəldiyi bəllidir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29-a sayılı günlər qalıb. 

Amma çox təəssüf ki , COP29 öncəsi bir neçə Qərb mediası Azərbaycana qarşı inanılmaz basqı nümayiş etdirir. 

Son illər Azərbaycanın qazandığı Zəfər və ölkəmizin dünya arenasında önəmli yerlərdən birini tutması çoxlarını qıcıqladırır.

Müharibə dönəmində olduğu kimi, yenə də ölkəmiz  ağır informasiya müharibəsinə cəlb olunur.

Nədənsə Azərbaycan böyük bir daş olub, düşüb bəzilərinin başına...

Nüfuzlu medialarda yazılan məlumatları izlədikdə görürsən ki, iqlimdən yazırlar, neftdən yazırlar, sonunu isə Qarabağa bağlayırlar. Guya ki, Azərbaycan “etnik təmizləmə” edib, insanları didərgin salıb. 

Azərbaycanın vaxtı ilə başına gətirilənləri indi Azərbaycanın adına çıxırlar. 

Onlardan soruşan yoxdur ki, harda aparılıb etnik təmizləmə ?? Qərbi azərbaycanlılar bu gün də Vətən həsrəti deyir. Etnik təmizləməyə məruz qalanlar onlar deyil?

Azərbaycanın dinc əhali ilə heç vaxt işi olmayıb. Ölkə öz torpaqlarını uzun illər zəbt etmiş seperatçılardan azad edib və bu da ölkə olaraq onun öz vətəndaşları qarşısında olan öhdəliyidir. Azərbaycan da bu öhdəliyin  öhdəsindən məharətlə gəlib. 

Müharibə dönəmində olduğu kimi, elə bil yenə də  bütün düymələrə "vurun" əmri verilib. 

Təkcə Amerikadakı erməni təşkilatı "ANCA"-nın "X" hesabında Azərbaycana qarşı yazılan məqalələri oxumaq bu sözləri deməyə imkan verir. Bu hesabda onlarla məqalənin "reshare" olunduğu görünür. 

Əslində sifariş və dəstəyin haradan gəldiyi açıq bəllidir.

Hətta sifarişçilər o qədər irəli gedib ki, Azərbaycanla bağlı pozitiv notlarda paylaşım edən medialara qarşı də linçləmə aparmaqdan çəkinmirlər. Elə ən  son Azərbaycanda Günəş panelləri haqqında paylaşım edən "Nas Daily" çox ağır şəkildə hücumlara məruz qaldı. 

İnformasiya müharibəsi çox böyük arealda davam edir və dayanmır. 

COP29 isə bir bəhanədir. Bu, diqqətdən istifadə edib, hər tərəfin öz marağını güdməsidir.

Müharibə vaxtı da gördük ki, bizim böyük düşmən qonşumuz ermənilər yox, məhz Amerikada, Avropada məskunlaşmış ermənilərdir. Onlar daha güclü, geniş əlaqəli olduqları üçün yalanlarla dolu “həqiqətlərini” yaymaqla məşğuldurlar. 

Burdan çıxan nəticə isə odur ki, biz qonşumuzdakı ermənilərlə sülhə nail ola bilərik. Amma təşkilatlanmış, Ermənistan vətəndaşı olmayan xaricdəki ermənilər  hər fürsətdə bizi vurmağa çalışacaqlar. 

Azərbaycanın  bu tədbiri uğurla təşkil edəcəyindən əminik. Bununla da biz bizi istəməyənlərə yenidən öz cavabımızı verəcəyik

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri