Icma.az
close
up
RU
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb Çin liderliyini gücləndirib

Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb Çin liderliyini gücləndirib

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın ixrac etdiyi malların əsas alıcıları arasında ciddi dəyişikliklər baş verib. Böyük Britaniyaya ixrac kəskin artaraq bu ölkəni Azərbaycanın ikinci ən böyük ixrac bazarına çevirib.

Marja.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk 9 ayında Azərbaycan 23 milyard 864 milyon 747 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliya liderliyini qoruyub, lakin payı azalıb

Azərbaycanın ən böyük ixrac bazarı yenə İtaliya olub. 2026-cı ilin yanvar–sentyabr aylarında bu ölkəyə 8 milyard 789 milyon 880 min dollar dəyərində məhsul ixrac edilib.

2025-ci ilin eyni dövründə isə İtaliyaya ixracın həcmi 8 milyard 530 milyon 409 min dollar olmuşdu. Beləliklə, İtaliyaya ixrac 259 milyon 471 min dollar və ya 3% artıb.

Lakin ümumi ixracda İtaliyanın xüsusi çəkisi 45,85%-dən 36,83%-ə geriləyib. Bu, 9,02 faiz bəndi azalma deməkdir. Böyük Britaniyaya ixrac 3,5 milyard dollara yaxınlaşıb

2026-cı ilin ilk 9 ayında Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 3 milyard 482 milyon 911 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici təxminən 241 milyon 227 min dollar idi.

Beləliklə, Böyük Britaniyaya ixrac 3 milyard 241 milyon 684 min dollar və ya 1343,8% artaraq 14,4 dəfəyə çatıb. Böyük Britaniyanın Azərbaycanın ümumi ixracında xüsusi çəkisi təxminən 1,3%-dən 14,59%-ə yüksəlib. Ölkə ixrac bazarları arasında İtaliyadan sonra ikinci yerə çıxıb. Bu artım Azərbaycanın ümumi ixracındakı 5,26 milyard dollarlıq illik artımın təxminən 61,7%-nə bərabərdir.

Türkiyəyə ixrac azalıb, Gürcüstana artıb

Azərbaycanın üçüncü ən böyük ixrac bazarı Türkiyə olub. 2026-cı ilin yanvar–sentyabr aylarında Türkiyəyə 2 milyard 562 milyon 826 min dollar dəyərində məhsul ixrac edilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% azdır.

Rusiyaya ixrac 3,7% artaraq 916 milyon 628 min dollara, Çexiyaya ixrac isə 29,5% artaraq 910 milyon 252 min dollara çatıb.

Gürcüstana ixracda da əhəmiyyətli artım qeydə alınıb. Bu ölkəyə ixrac 495 milyon 464 min dollardan 757 milyon 491 min dollara yüksəlib. Artım 52,9% təşkil edib.

Rumıniyaya ixrac 49,1% artaraq 680 milyon 152 min dollara çatıb.

Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın idxal etdiyi məhsulların mənşə ölkələri üzrə göstəricilərində ciddi dəyişiklik qeydə alınıb. Çin ən böyük idxal mənbəyi mövqeyini qoruyub, Rusiyadan idxal isə bir il ərzində 1 milyard dollardan çox azalıb.

Marja.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk 9 ayında Azərbaycana 13 milyard 345 milyon 920 min dollar dəyərində məhsul idxal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 20,4% azdır.

Çinin idxaldakı payı 25%-i keçib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana Çindən 3 milyard 375 milyon 632 min dollar dəyərində məhsul gətirilib. 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 329 milyon 303 min dollar idi. Beləliklə, Çindən idxal 46 milyon 329 min dollar və ya 1,4% artıb. Çinin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 19,85%-dən 25,29%-ə yüksəlib. Bu isə o deməkdir ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanın idxal etdiyi hər 4 dollarlıq məhsulun təxminən 1 dolları Çinin payına düşüb.

Rusiyadan idxal 36% azalıb

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana Rusiyadan 1 milyard 767 milyon 331 min dollar dəyərində məhsul idxal edilib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 2 milyard 775 milyon 73 min dollar olmuşdu. Beləliklə, Rusiyadan idxal 1 milyard 7 milyon 742 min dollar və ya 36,3% azalıb.

Rusiyanın Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 16,55%-dən 13,24%-ə geriləyib. Buna baxmayaraq, Rusiya Azərbaycanın ikinci ən böyük idxal mənbəyi mövqeyini qoruyub.

Türkiyə ilə Rusiya arasında fərq minimuma enib

Türkiyədən idxal 2026-cı ilin ilk 9 ayında 1 milyard 765 milyon 735 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 756 milyon 182 min dollar idi. Beləliklə, Türkiyədən idxal 0,5% artıb.Nəticədə Rusiya və Türkiyədən idxalın həcmləri demək olar ki, bərabərləşib. Rusiya Türkiyəni cəmi 1 milyon 596 min dollar qabaqlayıb.

ABŞ və Böyük Britaniyadan idxal azalıb

2026-cı ilin yanvar–sentyabr aylarında ABŞ-dən idxal 679 milyon 248 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 961 milyon 567 min dollar idi. Beləliklə, ABŞ-dən idxal 29,4% azalıb.

Böyük Britaniyadan idxalda isə daha böyük azalma qeydə alınıb.

Bu ölkədən idxal 714 milyon 301 min dollardan 237 milyon 839 min dollara enib. Azalma 66,7% təşkil edib.

Almaniyadan idxal 11,7% azalaraq 560 milyon 732 min dollar olub.

İrandan idxal isə 1,8% azalaraq 442 milyon 438 min dollar təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://marja.az
archiveBu xəbər 19 Oktyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri