Icma.az
close
up
RU
“Azərbaycana səfər bahadır, bu da turistlərin qərarına təsir edir” PROBLEM

“Azərbaycana səfər bahadır, bu da turistlərin qərarına təsir edir” PROBLEM

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bu gün Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti əsasən paytaxt Bakını görmək məqsədilə ölkəmizi ziyarət edir. Şəhərin müasir görünüşü, tarixi memarlığı, Xəzər sahili, müxtəlif əyləncə və istirahət məkanları turistləri cəlb edən əsas amillərdəndir. Lakin qeyd etmək lazımdır ki, ölkəmizin digər bölgələrində, dağlıq rayonlarda, kəndlərdə, təbiət qoynunda yerləşən unikal turizm məkanlarında da böyük potensial var. Təəssüf ki, bu imkanlar hələ tam şəkildə tanıdılmayıb və çox vaxt turistlərin diqqətindən kənarda qalır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirdi ki, Azərbaycana 2025-ci ildə regiondakı gərginliklər və ya müharibələrlə əlaqədar olaraq gələnlərin, xüsusən də əcnəbilərin sayında azalmanı müşahidə edilir.

Onun sözlərinə görə, rəsmi statistika bu ilin doqquz ayında təxminən 2%-ə qədər azalma olduğunu göstərir:

"Hətta bu yay mövsümündə azalma 5%-ə qədər idi. Amma satış portallarında isə ümumilikdə 30%-ə qədər azalmanı görmək mümkündür. Təbii ki, bu proseslər hotellərin doluluq səviyyəsinə də təsir etmiş olur. Azərbaycanın daxili turizm potensialı yüksək olduğuna görə, ölkə daxilində turizmə tələbat da yüksək olaraq qalır, xüsusilə regionlarda. Xaricə səyahət edən vətəndaşlarımızın bir qismi öz istirahət tələbatlarını ölkə daxilində, regionlarda və kənd evlərində qalmaqla qarşılamış olurlar. Buna görə də regionlardakı hotellərdə və kənd evlərində doluluq səviyyəsi əvvəlki illərlə müqayisədə ciddi fərq göstərmir. Lakin gələn əcnəbilərin sayına görə, xüsusən də Bakıda yerləşən hotellərin doluluq səviyyəsi aşağı düşüb və hələ də aşağı olaraq qalmaqdadır. Əlbəttə ki, bu, təkcə təbliğat məsələsi deyil. Regiondakı gərginliklər, İran-İsrail müharibəsi, Pakistan-Hindistan arasındakı qarşıdurmala Azərbaycan üçün əsas hədəf bazarlarından olan ölkələrdə turist axınının azalmasına səbəb olmuşdur", - deyə müsahibimiz vurğuladı.

C.Aşurov əlavə etdi ki, Azərbaycana gəliş biletinin bahalığı da təsir edən amillərdəndir:

"Aydın şəkildə demək olar ki, Azərbaycan hazırda təhlükəsiz bir ölkədir və turistlərin gəlməsi üçün bir çox şərait və imkanlar mövcuddur. Lakin ölkəyə səfər etmək hazırda baha başa gəlir və bu, turistlərin səyahət qərarlarına ciddi təsir göstərir. Çünki turistlər adətən iki əsas meyarı nəzərə alırlar: təhlükəsizlik və səfərin rahatlığı. Bu baxımdan, Azərbaycanda bir sıra üstünlüklər olsa da, ölkəmizə gəlmək hal-hazırda o qədər də rahat və əlçatan deyil. Nəzərə alsaq ki, təyyarə biletlərinin qiymətləri region ölkələri ilə müqayisədə bizdə daha bahadır, bu da turist axınını məhdudlaşdıran amillərdən biridir. Bundan başqa, regiondakı beynəlxalq hava limanlarının səmərəli və effektiv işləməsinə ehtiyac var. Əgər bu təmin olunsa, uçuşlar yalnız Bakıdan deyil, regionlardakı hava limanlarından da həyata keçirilə bilər və nəticədə turistlərin ölkə daxilində paylanması daha bərabər şəkildə artar".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri