Azərbaycana xaricdən hibrid avtomobil idxalı iki dəfə azalıb
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 353,09 min dollar dəyərində 468 ədəd elektromobil idxalı qeydə alınıb.
Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13 milyon 408,84 min dollar (52 faiz azalma) və 299 ədəd (39 faiz azalma) azalma deməkdir.
FED.az xəbər verir ki, həmin dövrdə ölkəyə 52 milyon 661,86 min dollarlıq 2462 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 101 milyon 722,6 min dollar (65,9 faiz azalma) və 5255 ədəd (68,1 faiz azalma) azdır.
Həmçinin 6318 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 4391 ədəd və ya 41 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 82 milyon 148,11 min dollar və ya 36,9 faiz azalaraq 140 milyon 776,7 min dollar təşkil edib.
Baxış sayı:190
Bu xəbər 14 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















