Zirvədə legionerlər, kölgədə qalan yerlilər
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Misli Premyer Liqasında I dövrənin bombardirlər siyahısı və ilk “dördlük”də yer alan klubların qol statistikası yerli futbolçularla bağlı başqa bir problemi ortaya qoyur. 11 turun yekunlarına əsasən, komandaların hücum xəttində əsas yük demək olar ki, bütünlüklə legionerlərin üzərindədir.
Bombardirlər yarışına “Neftçi”də çıxış edən Breno Almeyda başçılıq edir. Braziliyalı hücumçu 9 dəfə rəqib qapısına yol tapıb. Onu 7 qolla “Sabah”ın hücumçusu Coy-Lens Mikels izləyir. İlk “üçlüyü” isə 5 qol vuran Ağadadaş Salyanski tamamlayır. “Araz-Naxçıvan”ın forvardı həm də geridə qalan turlarda yerli futbolçular arasında ən məhsuldar ad olub.
Ümumi siyahıda növbəti pillələri tutan Qustavo Klisman (“Neftçi”), Davit Volkov (“Zirə”), Ronaldo Vaskes (“Sumqayıt”), Aleksey Kaşuk (“Qarabağ”) və Joarlem Santos (“Turan Tovuz”) aktivlərinə hərəyə 4 qol yazdırıblar. Salyanski istisna olmaqla, digər yerli oyunçular I dövrədə maksimum 2 qol vura biliblər: Aleksey İsayev, Abdulax Xaybullayev (hər ikisi “Sabah”), Edqar Adilxanov, Həbib İsmayılov (hər ikisi “Şamaxı”), Seyxan Fərəcov (“İmişli”) və Nihad Əhmədzadə (“Sumqayıt”) cəmi iki dəfə fərqləniblər.
Turnir cədvəlinin zirvəsində qərarlaşan komandaların ümumi qol payı da yerlilərin hücumdakı passivliyini təsdiqləyir. 26 qolla liqanın ən məhsuldar komandası olan lider “Neftçi”nin qollarından sadəcə 1-ni azərbaycanlı, klubun öz yetirməsi Rüfət Abbasov vurub. İkinci pillədə qərarlaşan “Sabah”ın vurduğu 22 qoldan cəmi 4-ü yerlilərin hesabındadır. Üçüncü sıradakı “Turan Tovuz”un (12 qol) heyətində ümumiyyətlə heç bir azərbaycanlı fərqlənməyib, dördüncü pillədə olan “Qarabağ”ın (14 qol) heyətində isə yerlilərdən yalnız Musa Qurbanlı 1 dəfə qol sevinci yaşayıb.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Noyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















