Icma.az
close
up
RU
AzərbaycanBƏƏ strateji tərəfdaşlıqda yeni mərhələ

AzərbaycanBƏƏ strateji tərəfdaşlıqda yeni mərhələ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə milli və dövlət maraqlarına uyğun beynəlxalq əməkdaşlığa önəm verir. Son illərdə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. İstər regional, istərsə də daha geniş coğrafiyada etiabarlı tərəfdaş olaraq yüksək imicə sahib Azərbaycan qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunu uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, ölkəmiz etibarlı tərəfdaşa çevrilib, beynəlxalq aləmdə nüfuzu yüksəlib, diplomatik əlaqələr yaradılıb. Ölkəmizin Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan "Bakı Prosesi" sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Ölkələr arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

QARŞILIQLI ƏMƏKDAŞLIQDA YENİ PERSPEKTİVLƏR

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Bu əlaqələr ildən-ilə uğurla inkişaf edir, münasibətlər strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açıb. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə və ikitərəfli münasibətlərin dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişafının təzahürüdür. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı aparılan müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Müzakirələr zamanı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərləri, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşlər və aparılmış müzakirələr də münasibətlərin hazırkı səviyyəsini ifadə edir. Təsadüfi deyil ki, COP29-un Azərbaycanda keçirilməsi haqqında qərar, məhz BƏƏ-də keçirilən COP28-də qəbul olunmuşdu. Bütövlükdə, dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən tədbirdə iştirak edib. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformadır. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

ƏNƏNƏVİ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ

Məlumdur ki, Azərbaycan ilə BƏƏ arasında mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, ali təhsil və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər bağlanılıb. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. ikitərəfli əməkdaşlığın inkişafına töhfəsini verib. Mövcud əlaqələr münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir.

Dövlətlərarası münasibətlərdə iqtisadi-ticari əlaqələr genişlənib və siyasi münasibətlər mükəmməl səviyyədədir. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun payı olduğunu xüsusilə vurğulamaq lazımdır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da dostluğun və tərəfdaşlığın nümunəsinin göstəricisidir. Ölkələr ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq edirlər. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən "yaşıl enerji"nin önəmli təchizatçısına çevriləcəkdir. Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi çəkiyə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir və ölkəmizdə bu sahəyə investisiya qoyuluşunda maraqlıdır. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir.

Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyası əlbəttə ki, qarşılıqlı etimadın nümunəsidir. İki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək ", – deyən dövlət başçımız bildirib ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlılığına əsaslanır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi", "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" imzalanıbdır.

İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasında olan müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli, enerji layihələri reallaşdıran ölkə kimi də tanınır.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyəyə qaldırılmasına öz töhfəsini verir.

Göründüyü kimi, son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb.

Əliyar FƏRZƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see365

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see246

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see228

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see216

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see202

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see196

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see193

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see193

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see192

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see183

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see182

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see181

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see181

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see174

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see172

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see171

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see168

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see165

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri