Dambrauskasdan Fənərbağça açıqlaması
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Türkiyənin "Fənərbağça" klubu ilə bağlı yayılan iddialara münasibət bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, litvalı mütəxəssis "CBC Sport"a açıqlamasında İstanbul təmsilçisinə keçəcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib.
"Fənərbağça"ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şayiələri şərh etmək istəmirəm", - deyə o bildirib.
Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçdə "Vikinq"ə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb. Baş məşqçi hazırlıq üçün vaxtlarının az olduğunu, buna baxmayaraq, ölkəni layiqincə təmsil etməyə çalışacaqlarını vurğulayıb:
"Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün vaxtımız az idi. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydançada oynamasını dəyişə bilmərik. Sadəcə öz oyunumuzla köklənməliyik".
Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Noyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















