Icma.az
close
up
RU
AzərbaycanTürkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə edilib AZƏRTAC

AzərbaycanTürkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə edilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 22 noyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycan nazirlərinin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov forumun keçirilməsi və BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, COP29-da iştiraka görə təşəkkürünü bildirib.

Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya yaşıl enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə IV Enerji Forumu”nun keçirilməsi iə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın inkişafı ilə bağlı da müzakirələr aparılıb. Keçid yanacaq növü kimi təbii qaza olan tələbat, qaz tədarükü sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu ilin doqquz ayı ərzində Azərbaycandan Bolqarıstana və digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.

Yaşıl enerji sahəsi üzrə müzakirələr Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə dördtərəfli formatda aparılıb.

Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizi layihəsinin cari vəziyyəti diqqətə çatdırılıb. Xəzər dənizi və Mərkəzi Asiyadan bərpaolunan enerjinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya müxtəlif marşrutlarla çatdırılması imkanları dəyərləndirilib.

Dörd ölkə arasında yaşıl enerji əməkdaşlığı üzrə müvafiq addımların atılması razılaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri