Icma.az
close
up
RU
Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməliyik

Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməliyik

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Bəlkə də qaytardılar" düşüncəsilə yaşayan İmişlidəki "ağsaqqal"ın 9 may Qələbə gününə həsr olunmuş anım tədbirindəki kobud səhvi, əslində, hər birimizi düşündürəcək hadisədir. Dövlət müstəqilliyimizi 34 ildir bərpa etməyimizə baxmayaraq bu gün aramızda hələ də belə "sovet heyranları", keçmiş SSRİ-nin xiffətini çəkənlər, qırmızı imperiyanın nostaljisi ilə yaşayanlar varsa, bəli, bu hamımızı dərindən düşündürməlidir. Demək ki, bu adamlar müstəqilliyin nə demək olduğunu, özgə atributlarına deyil, öz dəyərlərimizə sahib çıxmağın vacibliyini hələ də doğru-düzgün dərk etməyiblər.
Bu gün biriləri keçmiş SSRİ-nin bayrağı ilə, digərləri İran bayrağı ilə və yaxud da ki, ABŞ-ın və Avropa İttifaqının bayraqları ilə ortaya düşüb "biz də varıq" deməklə, "beşinci kolon"un üzvləri olduqlarını təsdiqləyirlər. Bu da o deməkdir ki, Azərbaycanın düşmənləri və onların buradakı nökərləri, muzdlu xidmətçiləri yatmayıblar, onlar marıqdadırlar və hər an müstəqil dövlətçiliyimizə zərbə vurmağa hazırdırlar. Odur ki, xalq olaraq, cəmiyyət olaraq hər zaman ayıq-sayıq olmalıyıq. Onların öz xain planlarını həyata keçirmələrinə əsla imkan verməməliyik.
Azərbaycanın istiqlaliyyətinin bərpası asan başa gəlməyib. Biz bu yolda çoxlu qurbanlar vermişik. 20 Yanvarda imperiya tərəfindən qanımız axıdılıb. Yenə imperiyanın təhriki və dəstəyilə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib, ərazi bütövlüyümüzə qəsd olunub. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək üçün 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında minlərlə şəhid vermişik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağımızı Şuşada, Xankəndidə ucaldıb. Odur ki, həm müstəqilliyimizin, həm də ərazi bütövlüyümüzün qədrini-qiymətini bilməliyik, dövlətçiliyimizi hər şeydən uca tutmalıyıq, hər yerdə və və hər zaman Azərbaycanın təəssübünü çəkməliyik. İnsanlarımız tarixin küllüyünə qovuşmuş SSRİ-nin bayrağını yox, öz bayrağımızı ucaltmaqla qürur duymalıdır. Milli dövlətçilik ideologiyamız olan Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməliyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 May 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri