Azərbaycanda 100 məktəblə bağlı yeni qərar verilir
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223.8 milyon manat vəsait nəzərdə tutulub".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O xatırladıb ki, bu rəqəm hazırda 500-dür:
"Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində biz artıq 8 min uşağı cəlb etmişik. Gələn il isə 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb etməyi planlaşdırırıq. Bu mexanizm nəticəsində dövlət hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir.
Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. 2030-cu ilə qədər layihənin 30 min uşağı əhatə etməsini planlaşdırırıq. Burada ayrılan vəsaitin böyük hissəsi dolayı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəliri olaraq qayıdacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















