Icma.az
close
up
RU
Azərbaycanda 102 minlik DƏLƏDUZLUQ: Saxlanılanlar var

Azərbaycanda 102 minlik DƏLƏDUZLUQ: Saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar. 
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər. 
 

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar. 


Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 
Bizim.Media

seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri