Azərbaycanda 11 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 5,9 %-i qadın sahibkarların payına düşüb.
“Report” bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə 420 qadın sahibkarın layihələrinə 12,5 milyon manat güzəştli kredit ayrılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bundan başqa, 11 ay ərzində Fondun xətti ilə 151 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 6,2 milyon manat güzəştli kredit ayrılıb.
Hesabat dövründə Fond ümumilikdə 5 144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verib.

