Icma.az
close
up
RU
Azərbaycanda 1943 dən sonra ilk: təbii artım kəskin azaldı

Azərbaycanda 1943 dən sonra ilk: təbii artım kəskin azaldı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10,2-dən 9,7-yə enib. Bu rəqəmin ölkə tarixində qeydə alınmış ən aşağı doğum səviyyəsi olduğu bildirilir. Doğum sayı yalnız 1943-cü ildə və ötən il (2024) bu qədər aşağı olub. Ekspertlər isə son 10 il ərzində doğum göstəricisinin sayında təqribən 60 faiz ləngimənin müşahidə olunduğunu deyirlər.

Mövzu ilə bağlı Axar.az-a danışan sosioloq Üzeyir Şəfiyev ölkədə evlilik sayının azalması, boşanmaların artması və təhsil səviyyəsinin yüksəlməsi amillərinin təsiri ilə bu kimi halların müşahidə edilməyə başladığını bildirib.

“Təkcə Azərbaycan deyil, bütün dünyada təbii artımın ləngiməsi müşahidə edilir. Bütün bu prosses qlobal müstəvidə, insanların düşüncəsinin, dünyaya baxışının dəyişməsi və digər amillərlə bağlıdır.

Sovet dövrünə qədər və sovet dövründə demoqrafik təşviq siyasətinin nəticəsi kimi çoxuşaqlı ailələr trend idi. Hətta “uşaq pulu” adlanan sosial müavinətlə ailələr uşaq planlaşdırmasında motivasiya edilirdi. İllər keçdikcə azərbaycanlı ailələr anladı ki, başqa ölkələrdə uşaq sayından çox onun keyfiyyətli böyüdülməsinə önəm verilir. 2019-cu ildə əhalinin siyahıya alınma zamanı məlum oldu ki, Azərbaycanda 16 minə yaxın çoxuşaqlı ailə var. Təbii artımın ən çox qeydə alındığı bölgələrdən gənclərin təhsil məqsədilə paytaxta axın etməsi ilə isə azalmalar daha çox müşahidə edilməyə başladı”, - o deyib.

Sosioloq doğum göstəricilərində azalmaların ölkəyə strateji cəhətdən təhdidlər yarada biləcəyini vurğulayıb:

“Təbii artımlar azaldıqca ölkədə miqrantların sayında çoxalma ola, əmək bazarında problemlər yarana, hətta ölkə əhalisinin qocalmasının sürətlənməsi baş baş verə bilər. Əgər ölkədə qoca əhalinin sayı 8%-i keçirsə, bu əhali qoca hesab olunur. Ona görə də biz əhalinin gənc və enerjili olması üçün çalışmalıyıq. Hesab edirəm ki, parlamentdə çoxuşaqlı ailələrin beşdən üçə endirilməsi ilə bağlı məsələnin müzakirəsi təbii artıma töhfə verə, təbii artımda ləngimə özünü ciddi şəkildə göstərərsə, “uşaq pulu” adlanan sosial müavinətin və digər motivasiyaedici təşviq alətləri də tətbiq edilə bilər. Buna mənzil təminatı, təhsil və digər xərclər, sosial müavinətlər daxildir. Hətta bu təşviq alətlərini daha çox maddi ehtiyacı olan ailələrə şamil edə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri