Icma.az
close
up
RU
Azərbaycanda 3 sahibkar həbs edildi 578 milyon manat mənimsəyiblər?

Azərbaycanda 3 sahibkar həbs edildi 578 milyon manat mənimsəyiblər?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaricə ixrac edilən 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslərdən birinə hökm oxunub.
Bizim.Media xəbər verir ki, 1984-cü ildə Ağdam şəhərində anadan olmuş Hüseynov Gündüz İsmayıl oğlu Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Gündüz Hüseynov direktoru olduğu "My Vegetables” MMC vasitəsilə 1 noyabr 2024-cü ilədək olan dövrdə 1279 gömrük bəyannaməsi üzrə kənd təsərrüfatı məhsullarını konsiqnasiya yolu ilə xaricə ixrac edib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 15.993.533,90 ABŞ dollarından (müvafiq məzənnə ilə 27.189.007,60 manat) artıq vəsait əldə olunub, lakin həmin pullar ölkəyə qaytarılmayıb.
 

Sahibkar bu cinayəti digər təqsirləndirilən şəxs - İmanov Röyal Mahir oğlu ilə birgə törədib. İstintaq materiallarına əsasən, o, iqtisadi dayanıqlılığın təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması istiqamətində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan mənafelərə ağır nəticələrə səbəb olan zərər yetirib.


Məlum olub ki, Gündüz Hüseynov bir neçə fərqli MMC yaradıb və onların direktoru kimi çıxış edib. O, bəzi şirkətlərin qanuni təmsilçiliyini Röyal İmanova həvalə edib. Lakin Röyal İmanov izahatında bildirib ki, Gündüz Hüseynov tərəfindən aldadılıb və öz xəbəri olmadan həmin şirkətlərin qanuni təmsilçisi edilib.
Məhkəmədə Gündüz Hüseynov törətdiyi əməldən səmimi peşman olduğunu deyib və barəsində yüngül cəza təyin olunmasını xahiş edib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar zamanı xaricə ixrac edilən 578 milyon manatlıq kənd təsərrüfatı məhsulundan əldə edilən vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa olunmuşdu.
İstintaqla müəyyən edilib ki, Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və digərləri cinayətkar niyyətlə "Xaçmaz Aqro”, "Natural Fruit”, "Fresh Fruits Group”, "Global Trade Group”, "Garden Store”, "My Vegetables” və digər MMC-ləri təsis ediblər.
Onlar xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərlə müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq ümumilikdə 340 milyon ABŞ dollarından artıq vəsaiti vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Azərbaycan banklarının hesabına qaytarmayıblar.
Araşdırma zamanı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində həbs qətimkan tədbiri seçilib. Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov və Nicat Əlimərdanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tətbiq olunub. (Qaynarinfo.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri