Icma.az
close
up
RU
AZƏRBAYCANDA 4 NAZİRLİK LƏĞV EDİLİR? Dünyadakı maliyyə böhranı islahatları qaçılmaz edir

AZƏRBAYCANDA 4 NAZİRLİK LƏĞV EDİLİR? Dünyadakı maliyyə böhranı islahatları qaçılmaz edir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir.

Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Ancaq sürətlə dəyişən iqtisadi-regional mühit, rəqəmsal transformasiya və dövlət xidmətlərinə artan gözləntilər idarəetmə mexanizmlərinin daha yeni mərhələyə keçməsini zəruri edir.

Müasir dövlət modeli çevik qərarvermə, səmərəli resurs bölüşdürməsi və vətəndaş məmnunluğunu prioritetə alan struktur tələb edir. Hazırkı idarəetmə sistemində müxtəlif nazirliklər, komitələr, agentliklər və publik hüquqi şəxslər geniş spektrdə fəaliyyət göstərir.

Bu qurumlar uzun illər ərzində formalaşmış inzibati mexanizmin tərkib hissəsinə çevrilib. Lakin qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Qeyd edək ki, hazırda ölkədə 17 nazirlik fəaliyyət göstərir. Bundan başqa 7 komitə, bir neçə dövlət xidməti, agentlik, xidmətlər və onlarla publik hüquqi şəxs var.

Dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir.

Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.

Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Bu praktika dünyanın bir çox ölkəsində tətbiq olunan müasir fiskal modeldir. Bu yanaşma gəlirlərin vahid mərkəzdən idarə edilməsinə, vergi və gömrük məlumat bazalarının inteqrasiyasına və büdcə planlamasının daha dəqiq aparılmasına imkan verir.

Eyni zamanda, sahibkarların dövlətlə işləməsini sadələşdirir, paralel inzibati prosedurları aradan qaldırır və fiskal nəzarətin şəffaflığını artırır. Bu birləşmə, ümumilikdə, dövlətin gəlir siyasətini daha çevik və səmərəli edə bilər.

Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icra yönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Bu model xidmətin çevikliyini artıra, qərarların qəbulunu sürətləndirə və resursların daha məqsədyönlü istifadəsinə şərait yarada bilər.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur.

Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər. Bu birləşmə “vahid sosial siyasət” modelinin qurulmasına və resursların daha effektiv bölüşdürülməsinə imkan verə bilər. Eyni yanaşma mədəniyyət və idman sahələrində də keçərlidir.

Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər.

Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi iqtisadi siyasətin vahid strateji mərkəzdən idarə olunmasını təmin edə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi isə torpaq, su ehtiyatları, meşə fondu, təbiətdən istifadə kimi sahələrdə daha balanslı idarəetmə yarada bilər.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AZCON-nun tərkibində olmaması ciddi maraq və heyrət doğuran məsələdir. Bu qurumun niyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil, sualına cavab vermək asan deyil.

Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür.

Müzakirə olunan struktur dəyişiklikləri dövlət aparatının daha müasir, çevik və funksional modelə uyğunlaşdırılması istiqamətində atıla biləcək addımlar hesab edilir.

Bu təkliflər əsasən Azərbaycanda nazirliklərin sayı 13-ə enə bilər. Qurumların birləşdirilməsi, paralel funksiyaların azaldılması və idarəetmənin sadələşdirilməsi həm resursların daha səmərəli istifadəsinə, həm də xidmətlərin və qərarvermənin sürətlənməsinə imkan yarada bilər.

Bu cür yanaşma gələcəkdə dövlət idarəçiliyinin modern standartlara uyğun inkişafı üçün yeni imkanlar açır və idarəetmədə daha sistemli yanaşmanın formalaşmasına şərait yaradır.

İstəsək də, istəməsək də dünya boyunca yaranan maliyyə böhranı, yeni yanaşmalar bu islahatları qaçılmaz edəcək. (modern.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri