Icma.az
close
up
RU
Azərbaycanda 500 mindən çox sənədsiz ev var Deputat

Azərbaycanda 500 mindən çox sənədsiz ev var Deputat

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Və bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda təşəbbüslər olsa da, sistemli və kompleks islahat lazımdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında Kamal Cəfərov səsləndirdi. 

Onun sözlərinə görə, mülkiyyət hüququnun tanınması, qanuni tanınması məsələdir. Bu gün sənədsiz evdə yaşayan vətəndaşlarımız qeydiyyata düşə bilmir:

"Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərindən onların tam çıxışı olmur. Evlərinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edənlər vərəsəlik hüququnu avtomatik tanımır. Övladlar qanuni yolla keçə bilmir. Boşanma zamanı mənzil hüququnu itirdikləri üçün iddia edə bilmir. Və sənədsiz evlərdə bu günlərdə dəyərinin 20-30 faiz ucuz satılır. Banklar tərəfindən girov kimi də qəbul edilmir, ona görə bəzi hallarda vətəndaş öz evini kapitala çevirib kiçik biznes də qura bilmir. Mən düşünürəm ki, bu çox mürəkkəb məsələdir və müxtəlif vaxtlarda həm həmkarlarımın da müxtəlif çıxışları, yanaşmaları olub. Bu məsələnin məsuliyyətinə də hazırda riskli tərəflər də həqiqətən çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, misal üçün, qardaş Türkiyənin təcrübəsi mövcuddur. Türkiyədə İmar Barışı qanunu çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi miqdarında ilkin rüsum ödəməklə çıxarış alıb. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Faktiki məsələdir ki, nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımızda, o cümlədən büdcədə milyardlarla manat həcmində əlavə və rəqabətli dəyər yaradacaq. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün şəhərsalma və memarlıq elmində amnistiya olunsun, bununla bağlı xüsusi proqram hazırlansın və bu məsələ də mərhələli şəkildə öz həllini tapsın".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri