Icma.az
close
up
RU
Vüqar Tofiqli: Paytaxtda 500 mindən çox sənədsiz ev “göydən düşməyib”

Vüqar Tofiqli: Paytaxtda 500 mindən çox sənədsiz ev “göydən düşməyib”

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kommunikasiya xətləri çökmək üzrədir

Onların tikintisi yerli orqanların gözü qarşısında olub, bəzən də rüşvət alınaraq tikintiyə icazə verilib

 

Bakıda iki evin bünövrəsi çöküb, ona yaxın ev isə təhlükəli vəziyyətdədir. Bu barədə Xezerxeber.az xəbər verib. Bildirilir ki, Biləcəri qəsəbəsi, Tomris küçəsində kanalizasiya kollektoru torpaq qatı ilə birlikdə anidən çöküb. Bu səbəbdən kollektor üzərində inşa edilən evlərə ciddi ziyan dəyib. Sakinlər deyir ki, artıq 5 gündür evdən çıxıblar. Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı əlaqədar qurumlara müraciət ünvanlayıblar, lakin aldıqları cavab "evdən çıxın, qəzalıdır" olub. Məsələ ilə bağlı Binəqədi Rayan İcra Hakimiyyətindən qeyd olundu ki, həmin evlər uzun illər əvvəl tikilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri diametri 1000 mm olan tullantı su kollektorunun mühafizə zolağında deyil, birbaşa üzərində inşa edilib. İki gün öncə həmin çöküntü baş verən zaman rayonun sukanal idarəsi əraziyə baxış keçirib, mövcud durum dəyərləndirilib. Vətəndaşlara bu vəziyyətdə yaşamağın təhlükəli olduğu və yaşayış yerlərini tərk etmələrinin vacibliyi barədə yazılı surətdə xəbərdarlıq edilib. Mövcud durum dəyərləndirildikdən sonra müəyyən olunub ki, artıq həmin kollektorun bərpası qeyri-mümkündür. Bu səbəbdən yeni layihə hazırlanıb və layihənin icrasına başlanılıb.

Baş verən hər hansı qəzada, faciədə mütləq vətəndaşın günahkar çıxacağına vərdiş edilib artıq. Kiminsə evi qəzalıdır, deyirlər, qanunsuz tikilidir, hansısa evin altından su, kanalizasiya borusu keçdiyi məlum olur, evin inşa tarixini eramızdan əvvələ keçirirlər, binada partlayış, yanğın olur, günahkar tapılmır, az qalırlar desinlər ki, gərək vətəndaş mənzildə əleyhqaz saxlayaydı, tüstüdən boğulmayaydı. Biləcəri qəsəbəsində vətəndaş ev tikərkən yerli icra orqanlarının rəhbərləri, əməkdaşları harada idi? Ərazi niyə yoxlanmırdı, kommunikasiya xətlərinin haradan, hansı ərazidən keçdiyini göstərən xəritə-filan olmayıb ki, təhlükəli ərazidə tikintiyə icazə verilməsin?

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, ərazidə tikinti aparılmasına dair smeta layihəsi hazılananda qaz, su, elektrik xətləri, kanalizasiya xətlərinin də haradan keçdiyi göstərilir:

- Ola bilsin, sözügedən ev sənədsiz tikilidir, qanunsuz inşa edilib. Amma məlum məsələdir ki, bu qanunsuzluğa yerli icra orqanları tərəfindən göz yumulub. Paytaxtda 500 mindən çox sənədsiz ev olduğu bildirilir. Bu evlər “göydən düşməyib”. Onların tikintisi yerli orqanların gözü qarşısında olub, bəzən də rüşvət alınaraq tikintiyə icazə verilib. Bu məsələdə vətəndaşların sosial vəziyyətini də nəzərə almaq lazımdır. Mənzil tələbatının ödənməsi məqsədilə fərdi ev tikintisinə icazə verilə bilər. Amma icazə veriləndə heç olmasa, ərazinin relyefi, kommunikasiya xətlərinin olub-olmaması nəzərə alınmalıdır. Neft quyusunun yanında tikilmiş evlər var. Buna niyə icazə verilirdi? Tutalım vətəndaş evsizdir, harda gəldi ev tikib yaşamağa razıdır. Amma vəzifə sahibləri vətəndaşın təhlükəsizliyinə məsuliyyət daşımalıdır.

V.Tofiqli bildirdi ki, kanalizasiya borusunun çürüyüb dağılması uzun illər baxımsız, nəzarətsiz qaldığını göstərir. Halbuki kommunikasiya xətləri vaxtaşırı yoxlanmalı, qəzalı olanlar, köhnəlmiş xətlər və borular yeniləri ilə əvəzlənməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri