Azərbaycanda 7 ayda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub.
525.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, elektron satınalmaların məbləği isə 12,5 % artaraq 2 milyard 341,2 milyon manat olub.
Hesabat dövründə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub. O cümlədən, açıq tenderlər üzrə orta iştirakçı sayı 3,7, kotirovka sorğuları üzrə isə 3,4 olub.
Bildirilib ki, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin daha əlçatan müstəviyə keçdiyini və rəqabət mühitinin genişləndirilməsi istiqamətində müsbət dinamikanın formalaşdığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Sentyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















