Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycanda “ağıllı şəhərsalma”: rəqəmsal kadastr və iqlim siyasəti kontekstində

Azərbaycanda “ağıllı şəhərsalma”: rəqəmsal kadastr və iqlim siyasəti kontekstində

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 mart, AZƏRTAC

Hazırda dünya əhalisinin 56, Azərbaycan əhalisinin isə 54 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşaması proqnozlaşdırılır. Buna görə “ağıllı şəhər”lərin planlaşdırılması, rəqəmsallaşdırılma, ekoloji-kadastr sistemlərinin tətbiqi və iqlim siyasəti ilə uyğunlaşdırılması şəhərsalma siyasətində prioritet hesab edilir. Ölkəmiz də bu tendensiyaya qoşulmaqla şəhərsalma siyasətini “ağıllı şəhər” texnologiyaları, rəqəmsal idarəetmə və xüsusilə iqlimlə əlaqədar olan strateji planlaşdırma prinsiplərinə uyğunlaşdırır.

Bu fikirlər Bakı Dövlət Universitetinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanovanın AZƏRTAC-a təqdim etdiyi “Ağıllı şəhərsalma konsepsiyasının Azərbaycanda tətbiqi: rəqəmsal kadastr və iqlim siyasəti inteqrasiyası” sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 apreli tarixli Sərəncamı bu sahədə tətbiq mexanizminin formalaşdırılması üçün əsas olub. Azad olunmuş ərazilərimizdə tətbiq edilən pilot layihələr, burada yaradılmış azad iqtisadi zonalar, sənaye parkları və rəqəmsal kadastr sistemləri bu baxımdan əhəmiyyət kəsb edir. Həmin layihələr SECAP (Sustainable Energy and Climate Action Plan - dayanıqlı enerji və iqlim fəaliyyəti planı) çərçivəsində enerji resurslarının səmərəliliyini, bərpaolunan enerjidən istifadəni təşviq edir. Bu isə NDC 3 (Nationally Determined Contributions - milli müəyyən edilmiş töhfələr) hədəfləri ilə uyğunluq təşkil edərək karbon qazı emissiyalarının azalmasına səbəb olur.

Konsepsiyanın əsas prinsipləri müxtəlifdir:

‒ Rəqəmsal idarəetmə və kadastr sistemləri. Şəhərlərin ərazisi, mülkiyyət məlumatları, torpaq formaları, şəhər infrastrukturu müasir CİS (Coğrafi İnformasiya Sistemləri) və rəqəmsal platformalar vasitəsilə idarə edilir.

‒ Davamlı və ekoloji cəhətdən balanslı şəhərsalma. Şəhərlərin həm iqtisadi, həm sosial, həm də ekoloji indikatorları nəzərə alınmaqla şəhər planlaşdırması aparılır.

‒ Demoqrafik və sosial planlaşdırma. Əhalinin məkan üzrə paylanması, funksional zonalar üzrə paylanması, yaşayış yerlərinin inkişafı, əhaliyə göstərilən xidmətin optimallaşdırılması məhz “ağıllı idarəetmə” prinsipi ilə həyat keçirilir.

‒ Enerji və iqlim siyasəti inteqrasiyası. Binaların enerji səmərəliliyi, bərpaolunan enerji resurslarından istifadə, həmçinin NDC 3 hədəflərinə uyğun olaraq karbon qazı emissiyasının azaldılması təmin edilir.

‒ İnnovasiya və texnoloji inteqrasiya. “Ağıllı nəqliyyat” sistemləri, əhali üçün rəqəmsal xidmətlər və ekoloji təmiz texnologiyalar artıq şəhərlərin ayrılmaz bir hissəsini təşkil edir.

Ölkəmizdə bu konsepsiyanın tətbiqi şəhərsalma fəaliyyətinin müasir çağırışlarına cavab verən dayanıqlı və inteqrasiyalı yanaşmanı ortaya çıxarır. Enerji səmərəliliyi, NDC 3 hədəfləri ilə inteqrasiya edilmiş bu tip yanaşma şəhər planlaşdırılmasında optimallaşmanı və səmərəliliyi artırır, sosial və ekoloji balansı qoruyaraq dünya standartlarına uyğunluğu təmin edir. Bu layihələr ölkəmizdə yenilikçi, dayanıqlı, davamlı və qlobal iqlim trendlərinə uyğun şəhərsalma fəaliyyətinin mövcudluğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri