Icma.az
close
up
RU
Azərbaycanda ana uşaqlarına aliment vermədiyinə görə azadlığı məhdudlaşdırıldı

Azərbaycanda ana uşaqlarına aliment vermədiyinə görə azadlığı məhdudlaşdırıldı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bölgələrdən birində ana aliment ödənişinə görə məhkum edilib.

Bizimyol.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Zərifə Dadaşovaya 2013, 2015, 2016, 2019-cu il təvəllüdlü 4 uşağına görə ödəməli olduğu alimenti verməkdən illərdir boyun qaçırdığına görə 1 il müddətinə azadlığı məhdudlaşdırılıb. Ona bir neçə il əvvəl hər uşağa görə 50 manat olmaqla, aylıq 200 manat aliment ödəmək öhdəliyi qoyulsa da, məhkəmə qərarını icra etməyib. Bununla əlaqədar dəfələrlə ona xəbərdarlıq olunub. Məhkəmə qərarının icra olunmamasına görə izibati qaydada dörd dəfə cəzalandırılıb. Ona hər dəfə 500, 1000 manat olmaqla, cərimə cəzası kəsilib. Lakin nəticəsi olmayıb. Bu səbəbdən bir müddət əvvəl onun haqqında Cinayət Məcəlləsinin 306.1 (məhkəmə qərarını icra etməmə) maddəsilə cinayət işi başlanıb. O, özünü təqsirli bilib. Alimenti ödəməməsinin səbəbləri barədə danışarkən deyib ki, ikinci dəfə ailə qurub, hazırda işləmir. Əvvəllər yaşadığı rayonda saç ustası peşəsinə yiyələnib, az müddət işləsə də, sonradan işini davam etdirməyib. Sonralar işləmək istəsə də, mümkün olmayıb. Məşğulluq Mərkəzində keçən ilin yayından işsiz kimi qeydiyyatdadır. Hazırda 4 aylıq hamilədir, bu vəziyyətinin nəzərə alınmasını xahiş edir. Törətdiyi əməlindən peşmandır.

Onun keçmiş həyat yoldaşı, bu cinayət işi üzrə zərərçəkmiş Eşqin Rzayev isə şikayətçi olduğunu, alimentin ödənilməsini tələb etdiyini bildirib: “Uşaqları atıb gedib, ondan sonra boşanmaq üçün məhkəməyə müraciət etmişəm. Üçüncü qrup əliləm. Aliment ödənişi ilə bağlı 4 dəfə inzibati qaydada tənbeh edilməsindən də heç bir nəticə çıxarmayıb. Uşaqlarla maraqlanmayıb. Hazırda bildiyim qədər Xırdalanda gözəllik salonunda işləyir. Uşaqların təhsil, dayə və başqa xərclərinə kifayət qədər pul lazımdır”.

Qeyd edək ki, bu ailə əvvəl Moskvada yaşayıb, orada boşanıblar, sonra Azərbaycana qayıdıblar.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri