Azərbaycanda anakonda peyda olub? Video+AÇIQLAMA
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kürdəmir rayonunun Qarasu kəndində anakondan görünməsi ilə bağlı video sosial şəbəkələrdə müzakirələrə və narahatlığa səbəb olub.
Bu görüntülər realdır, yoxsa süni intellekt vasitəsilə hazırlanıb?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Azərbaycan sosial media məkanında mütəmadi olaraq bu tip paylaşımlara rast gəlinir:
“Bir neçə yaradıcı gənc texniki imkanlardan istifadə edərək bu cür materiallar hazırlayır. Çünki landşaft, bitki örtüyü və relyef baxımından seçilən ərazilər maksimum dərəcədə Qafqaza, Azərbaycana bənzər formada təqdim olunur. Məqsəd isə populyarlaşmaq, bəyənilmək, paylaşılmaq və müəyyən rekordlara imza atmaqdır”
Ekspert bildirib ki, anakonda Cənubi Amerika faunasına aiddir və Azərbaycan herpetoloji faunasında yoxdur:
“Qonşu region ölkələrində də anakondanın təbii şəraitdə yaşaması mümkün deyil. Nəzəri olaraq, kimsə onu hansısa yolla gətirə, heyvanın qaçması və ya təbiətə buraxılması kimi hallar baş verə bilər. Amma bu ehtimal da olduqca aşağıdır. Ümumilikdə, paylaşımın özündə, eləcə də səsdə müəyyən məzə və ironik yanaşma hiss olunur. Bu, reallıqdan uzaq məsələdir. Anakondanın Qarasuya və ya Azərbaycanın hər hansı başqa ərazisinə gətirilməsi iddiası inandırıcı görünmür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















