Icma.az
close
up
RU
Azərbaycanda arı havası ilə müalicə... Lənkərandan reportaj

Azərbaycanda arı havası ilə müalicə... Lənkərandan reportaj

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində mətbuat nümayəndələri üçün Lənkəranda yerləşən fermer təsərrüfatlarına mediatur təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını ictimaiyyətə daha yaxından tanıtmaqdır.

Mediatur çərçivəsində iştirakçılar ASC-nin “Şəhərdən Kəndə” layihəsi ilə dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edib, burada həyata keçirilən fəaliyyətlə yerində tanış olub, fermerlərlə görüşüblər.

Ölkədə ilk olan arıçılıq muzeyi Lənkəran rayonunun Şovu kəndində Damazlıq Arıçılıq Təsərrüfatının rəhbəri Səyavuş Yaqubovun təşəbbüsü ilə yaradılıb. Uzun illərdir arıçılıqla məşğul olan fermer fəaliyyətində həmişə innovativ yanaşma üsullarından istifadə etdiyini deyir. Media nümayındələrini ötən ay açılışı olan muzeylə tanış edən S.Yaqubov bildirib ki, bura arıçılıq sahəsində həm maarifləndirici, həm də tədris əhəmiyyətli mərkəz kimi layihələndirilib və bir neçə xüsusi guşədən ibarətdir.

Tarixi guşədə arıçılığın qədim tarixinə aid məlumatlar, ilk pətəklərin formalaşması və alətlər barədə məlumatlar toplanıb. Burada cənub bölgəsindən toplanmış qədim kötük və palçıq pətək eksponatlar yer alır.

Digər guşədə arıların biologiyası və pətəkdaxili həyatı barədə ətraflı məlumatlar təqdim edilir. Peşə məktəblərinin arıçılıq ixtisası üzrə təhsil alan tələbələr üçün bu guşə əyani vəsait rolunu oynayır.

Canlı arı guşəsində şüşə pətəklər vasitəsilə ziyarətçilər arıların gündəlik fəaliyyətini, ana arının yumurta qoymasını və işçi arıların məhsul hazırlamasını canlı olaraq izləyə bilirlər.

Muzeydə ənənəvi üsullarla yanaşı müasir və innovativ texnologiyalara da geniş yer verilib. Maraq doğuran cihazlardan biri də smart tərəzidir. Layihəsi yerli təsərrüfata aid olan bu tərəzi pətəyin altına yerləşdirilir. Arıçı məsafədən (mobil tətbiq və ya sayt vasitəsilə) pətəyin çəkisini, temperaturunu və rütubətini izləyə bilir. Gələcəkdə bura günəş paneli və kamera funksiyasının da əlavə edilməsi planlaşdırılır.

Muzeydə həmçinin dünya təcrübəsində geniş yer alan apiterapiyaya yer ayrılıb. Muzey ziyarətçiləri arı havası ilə müalicə (apiterapiya) xidmətindən də istifadə edə bilərlər. 15 çərçivəli xüsusi pətək üzərində qurulmuş sistem (kuller və tibbi maska vasitəsilə) tənəffüs yolları, bronxial astma və immunitetin bərpası üçün müalicəvi effektə malikdir. Bu pətək forması Kəlbəcərdə keçirilən Bal Festivalında da təqdim olunub.

Muzeydə yalnız təbii mumdan hazırlanmış parafinsiz şamlar, arı südü, çiçək tozu, propolis və müxtəlif müalicəvi qarışımlar satılır. Satışda olan bütün məhsullar təsərrüfatın öz istehsalıdır. Yol kənarında yerləşdiyi üçün yerli və xarici turistlərin diqqətini cəlb edir. Bir sözlə, arıçılıq haqqında bütün məlumatları bu muzeydən toplamaq mümkündür.

Növbəti səfərimiz isə Vilvan kəndində “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən fermer Xalidə İsmayılovanın “Leynə Co” təsərrüfatınadır. Əvvəllər məktəbdə riyaziyyat müəllimi olan fermer deyir ki, pensiyaya çıxdıqdan sonra uşaqlıq illərində bibisindən öyrəndiyi qədim el sənətini – lığ (qamışın bir növü) bitkisindən həsirtoxumanı yenidən canlandırıb. Bataqlıqlarda bitən və böyük zəhmətlə yığılan bu bitki qurudularaq "keşi" adlanan xüsusi xammal halına gətirilir. 

Həmsöhbətimiz bu qədim sənət əsasında hazırlanan məhsulların çox rəngarəng olduğunu deyir. Sənətkarın əl işləri arasında həm ənənəvi həsir zənbillər, həm də müasir dəbə uyğun çantalar, şlyapalar, çörək və tərəvəz qabları, eləcə də ev heyvanlarını gəzdirmək üçün xüsusi səbətlər yer alır.

İyul-avqust aylarında yığılan qamışlardan sentyabrdan etibarən hazırlanan bu məhsulların qiyməti sərf olunan materiala və əl əməyinə görə dəyərləndilirir. Kiçik həsir qablar 5 manatdan başlayır, ən bahalı və daha ağır zəhmət tələb edənlərin qiyməti isə 15-20 manata qədər dəyişir. Ailə təsərrüfatı formasında fəaliyyət göstərən və övladlarının dəstəyini alan fermer, həmçinin bu unudulmaqda olan sənəti master-klasslar vasitəsilə gənc nəsillərə və Lənkərana gələn turistlərə də öyrədir.

"Uzun müddət, yəni 45 ilə yaxın riyaziyyat müəllimi işləmişəm. Mən bu sənətə çox bağlandım, çünki müəllimlikdən uzaqlaşmaq mənim üçün çox çətin idi. Yaxşı ki, bu sənəti öyrənmişəm. Bu naxışların salınması özü adamdan riyazi qabiliyyət tələb edir. Riyaziyyatçı olduğum üçün mən bunun diaqonallarını, simmetrik olmasını hesablayıram. Həsirtoxuma  maraqlı sənətdir, əsəbləri çox sakitləşdirir, çünki barmaqlarla iş görürsən”, - fermer bildirir.

Lənkəranda ən maraqlı fermer təsərrüfatlarından biri də İstisu qəsəbəsində Rəftarə Şükürovaya məxsus “Citrus valley”dir. Fermer 2009-cu ildən bu fəaliyyətlə məşğul olsa da, əvvəlcə bunu hər kəsdən gizlədib: “Çünki müəllim işləmişdim, təsərrüfatla məşğul olmaq, belə fikirləşirdim ki, nəsə yaxşı düşünülməz. Təsərrüfatı salandan sonra 3 il istifadəsiz qaldı. Bir dəfə gələndə bütünlüklə bağı bürümüş böyürtkən kollarının arasında qalmış kiçik kiviləri gördüm və ürəyim ağrıdı. Elə onda qərara gəldim ki, bu təsərrüfatı dirçəltməliyəm. 10 il bundan qabaq Kənd Təsərrüfatı Nazirliyinin bizə dəstək göstərdi, böyük bir qrup media işçisi bağımıza gəldi. O gündən bizim bağımızın və mənim bir fermer kimi tanınmağım başladı. Ondan sonra Aqrar Tədarük və Təchizat ASC-nin "Şəhərdən kəndə" layihəsinə qoşuldum və aqroturizmi və istehsal etdiyimiz məhsulları şəhərdə yarmarkalarda sərgilədik, satışını həyata keçirdik”. 

Fermer deyir ki, sitrus bağı 15 hektardır. 6 hektar feyxoa, 3 hektar yarım kivi, 4 hektara yaxın isə qarışıq sitrus meyvələri – limon, mandarin, portağal, kinkan əkilib: “Eyni zamanda öz istehsalımız var – cem, mürəbbə, turşu, kompotlar istehsal edirik. Məhsullarımız indi respublikada çox yerdə satılır. Rusiyaya kompot və bir neçə növ turşularımızdan ixrac eləmişik və bu yöndə işi davam etdirmək fikrindəyik. Maraq çox yaxşıdır, bəyənirlər və ardı da sifariş verilir”.

Fermerlə yeni texnologiyalardan istifadə olunaraq suvarılan sitrus ağaclarının cərgələrini gəzirik.
R.Şükürovanın meyvə bağının səsi-sorağı o qədər yayılıb ki, tez-tez turistlər, müxtəlif qruplar, o cümlədən məktəblilər buranı ziyarət edirlər. 

Payızda - sitrus mövsümündə qonaqların sayı daha çox olur. Onlar bağı gəzmək, meyvələrin dadına baxmaq və  ödənişli əsaslarla dərib aparmaq imkanı əldə edirlər.

Fermer bir neçə dəfə Prezidentin qızı Leyla Əliyevanın bağı ziyarət etdiyini, onun təşəbbüsü və dəstəyi ilə burada iri soyuducu anbarın inşa olunduğunu, həmçinin qolf avtomobili hədiyyə olunduğunu bildirib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilufər Mustafaqızının sözlərinə görə ASC tərəfindən həyata keçirilən, “Paşa Holding”in maliyyə dəstəyi ilə reallaşdırılan "Şəhərdən Kəndə" layihəsi çərçivəsində cənub zonasında bu günə qədər ümumilikdə 35-ə yaxın təsərrüfata dəstək göstərilib: “Onlardan 9-u cənub zonasını əhatə edir, 4-ü isə təkcə Lənkəran rayonunda yerləşir. Sitrus bağı təsərrüfatı Lənkəranda dəstək göstərdiyimiz ən geniş təsərrüfatlardan biridir. Biz buradan 30 min banka kompot və 10 min banka mürəbbə sifariş etmişik. Azərbaycanın müxtəlif regionlarında satışının həyata keçirilməsinə köməklik göstərmişik. Bundan başqa həm təsərrüfatda abadlıq işləri görülüb, marketinq dəstəyi göstərilib. Qeyd eləmək istəyirəm ki, "Şəhərdən Kəndə" layihəsinə Azərbaycanın müxtəlif regionlarından qoşulmaq fürsəti var. Bura işğaldan azad olunan ərazilər də daxildir. Təsərrüfatlar sıfırdan başlayan deyil, müəyyən qədər işlər aparılmış təsərrüfatlar olmalıdır. Bizim reqlamentə əsasən, həmin yerlərdə monitorinqlər həyata keçirilir və uyğun olan təsərrüfatlara dəstək göstərilir. "Şəhərdən Kəndə” layihəsi aqroturizmin inkişafına və fermerlərin əlavə gəlir potensialının artırılmasına yönəlib”.

İki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, mediaturun əsas məqsədlərindən biri kənd təsərrüfatı sahəsində görülən işlərin mediada daha geniş işıqlandırılmasına töhfə vermək, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirmək və medianın aqrar sahənin inkişafındakı rolunu daha da gücləndirməkdir.

Gülnar Əliyeva















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyul 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri