Icma.az
close
up
RU
Azərbaycanda azyaşlını qaçırmaq cinayət sayılmır Axund cəzalanmayacaq

Azərbaycanda azyaşlını qaçırmaq cinayət sayılmır Axund cəzalanmayacaq

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin imam müavini Turab Tahirov Quran dərsi almaq üçün yanına gələn 16 yaşlı qızı qaçırıb. Azyaşlının dindar şəxsin təklifi ilə evdən uzaqlaşması məsələsi cəmiyyətin və medianın diqqət mərkəzindədir. Həmin qızın “öz razılığı ilə qaçmışam” deməsi, hadisəyə hüquqi qiymət verilməsində qeyri-müəyyənlik yaradıb. Amma məsələ təkcə razılıqla bitmir. Sual yaranır: 16 yaşında olan bir şəxs hüquqi baxımdan yetkin sayılır? Onun "razılığı" cinayət məsuliyyətini aradan qaldırırmı? Qızın razılığı olsa belə, 18 yaşına çatmayan birini qaçırmaq adam oğurluğu sayılmırmı?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran hüquqşünas Ramil Süleymanov bildirdi ki, bu hadisə adam oğurluğu sayılmır.

“Adam oğurluğu o zaman sayılar ki, həmin qız açıqlama versin ki, "bu şəxs mənim iradəmin əleyhinə məni oğurladı". Amma o deyir ki, özüm istəyərək getmişəm. Atanın nəyisə tələb etməsi qətiyyən məqbul hesab olunan bir şey deyil".

Hüquqşünasın sözlərinə görə, 16 yaşına çatmış şəxslə axundun münasibəti hər hansı bir cinayət məsuliyyətinə səbəb olmur:

“Amma 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikaha daxil olmadan, ailə qurmaq məqsədilə yaradılan ittifaq erkən evlilik hesab olunur və bu, cinayət məsuliyyəti yaradır. Yəni gələn ayın 1-dən bu cür əməllərə görə cəza veriləcək. Bu maddəyə əsasən, belə əməllər 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də məsələyə münasibətini öyrəndik.

Komitənin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə bildirdi ki, nikah yaşına çatmayan şəxslə toy mərasimi, sövdələşmə və ya hər hansı digər mərasimin keçirilməsi 1 iyuldan etibarən qadağan ediləcək:

"Əgər belə bir hal baş verərsə, bu, qanun pozuntusu hesab ediləcək və məsuliyyət tədbirləri görüləcək. Lakin axundla qoşulub qaçan qızın artıq 16 yaşı tamam olub. Biz hadisəni özümüz də araşdırırıq, eyni zamanda Daxili İşlər Nazirliyi də bu işlə məşğuldur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150, 151, 152 və 153-cü maddələrinə əsasən, seksual azadlıq yaşı 16-dır. Yəni 16 yaşı tamam olmuş hər bir şəxs könüllü şəkildə istənilən insanla münasibət qura bilər. Bu, qanunla qadağan olunmur, lakin həmin şəxslərin ailə qurmasına və ya nikaha daxil olmasına icazə verilmir, çünki nikah yaşı qanunvericiliyə əsasən 18-dir.

Hazırda polis araşdırma aparır. Əgər bu münasibətdə zorakılıq, psixoloji təzyiq və ya digər qeyri-qanuni hallar müəyyən olunarsa, məsuliyyətə cəlb ediləcək. Əks halda, yəni qız münasibətə öz razılığı ilə daxil olubsa, heç bir cinayət tərkibi yaranmır.

Hüquqi baxımdan 16 yaşı tamam olmuş bir şəxs öz istəyi ilə kiminləsə münasibətdədirsə, bu, cinayət məsuliyyəti yaratmır. Lakin 1 iyuldan sonra 18 yaşı tamam olmamış şəxslə rəsmi nikah olmadan toy mərasimi keçirilsə, dini kəbin kəsilsə və ya bununla bağlı hər hansı sövdələşmə baş versə, iştirak edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qızın atasının şikayətinə və övladının evinə qayıtma tələbinə münasibət bildirən Tural Hüseynzadə qeyd etdi ki, valideynin övladının nikaha daxil olmasına mane olma hüququ var:

"Ata qızının geri qaytarılmasını tələb edə bilər. Lakin zorakılıq halları yoxdursa, onu zorla ata evinə gətirmək olmaz. Ancaq dəvət, məsləhət və psixoloji təsir mümkündür. Onların rəsmi şəkildə birgə yaşamasına qanun icazə vermir. Qeyri-rəsmi şəkildə birlikdə olmaları isə gələcəkdə ciddi hüquqi, sənədləşmə və tibbi problemlərlə nəticələnə bilər. Məsələn, qız 18 yaşı tamam olmadan uşaq dünyaya gətirərsə, bu, hüquqi və tibbi cəhətdən bir sıra çətinliklərə səbəb olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri