Icma.az
close
up
RU
“Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir”

“Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir”

Icma.az, Azpost saytına istinadən bildirir.

Vaxtilə SSRİ-də Hindistan filmləri çox populyar idi. Bu melodramalarda oynayan aktyorlarla canlı təmas hər bir sovet tamaşaçısı üçün böyük sürpriz, inanılmaz gerçəklik sayılırdı.

Azərbaycanda da hind aktyorlarına olan sevgi o zamanın ən isti xatirələrində yaşayır. Belə aktyorlardan biri də məşhur Amitabh Baççandır. Onun baş rolda oynadığı filmlər xalq arasında hədsiz sevilirdi. “Qanun və intiqam”, “Şakti”, “Üç məngənə”, “Bağışla, Aruna”, “Üç qardaş” və daha neçə-neçə ekran əsəri azərbaycanlı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.

Azpost.info bildirir ki, məşhur aktyor illər əvvəl Bakıda olub və bu barədə özünün memuarlarında qeyd edib.

Amitabh Baççan 1986-cı ildə  Daşkənddə keçirilən beynəlxalq kino festivalına qatılıb. Festivalın qaydalarına görə nümayiş olunan filmlərdən bir neçəsi Bakıya gətirildi. Amitabh Baççan da öz filmini təqdim etmək üçün Oğlu Abişek və qızı Şveta ilə Bakıya səfər edib.

A.Baççanı Bakıda o zaman Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin sədri Azad Şərifov qarşılayıb. Komitədə keçən görüşdə Azərbaycan kinosunun ən yaxşı aktyorları ilə Baççanın fikir mübadiləsi və görüşü olub.  Amitabh oğlu ilə birlikdə Bakını gəzib. Ona şəhərin qədim abidələrini, İçərişəhərlə tanış ediblər. Məşhur aktyor Suraxanıdakı “Atəşgah”a da baş çəkib.

A.Baççan 2012-ci ildə özünün internet gündəliyində SSRİ ilə bağlı səfər xatirələrini yazarkən Bakıya gəlişi barədə də qeydlər edib.

“Bakıya səfərimdə “Atəşgah”a ziyarətimi yaxşı xatırlayıram. Məbəddəki divarlarda qədim hind dövrünə aid yazılar məni çox heyrətləndirmişdi. Azərbaycanda xalça sənətkarlığının yüksək səviyyəsinin şahidi oldum. Bakıda mənə bağışlanan zərif və gözəl xalçalar bu gün də evimi bəzəyir”-deyə Amitabh Baççan yazıb.

Baççan kino aktyorlarımız Leyla Bədirbəyli, Həsən Məmmədov və bir çoxları ilə görüşüb xeyli söhbət edib.

Amitabh Baççanın Bakıda olması xəbəri şəhərə ildırım sürəti ilə yayılıb. Onu görmək istəyən yüzlərlə gənc şəhərə axışıb. Lakin çox az bir qismə Baççanla şəxsən görüşüb avtoqraf almaq nəsib olub. Deyilənə görə, onlardan biri o zaman yeniyetmə qız olmuş Aygün Kazımova olub.

Amitabh Baççan 1942-ci il oktyabrın 11-də Hindistanın Allahabad şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildə karyerasına başlayan Amitabh Hindistanın ən məşhur aktyorlarındandır. O, Hindistan kinematoqrafçıları tərəfindən “Minilliyin aktyoru” adını alan yeganə sənətkardır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Aprel 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri