Icma.az
close
up
RU
Azərbaycanda balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycanda balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi müzakirə olunub

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının məsul şəxsləri, balıqçılıq müəssisələrinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 19-da “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalandığını xatırladıb. Nazir müşaviri sözügedən Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlər, balıqçılıq sektoru üçün nəzərdə tutulan institusional struktur, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin hədəfləri və üzərinə düşən vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın sədri Zaur Salmanlı İctimai Birliyin fəaliyyətinə toxunub. Bildirib ki, əsas məqsəd ölkədə təbii resurslardan səmərəli istifadə edilməklə balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır. Assosiasiya sədri balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılıqda vergi sistemi və dəstək mexanizmləri, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə olunub.

Tədbir iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bölüşüblər. Görüşdə ölkədə bu sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb, dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsi, balıqçılıq və akvakultura sahələrində qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində fermer və sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib, gündəlikdəki cari məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri