Azərbaycanda akvakultura və balıq emalında olan çətinliklər müzakirə edilib
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində akvakultura və balıq emalı sahəsindəki çətinliklər müzakirə edilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi ilə görüş keçirib. Görüşdə balıqçılığın inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində dövlət dəstəyi mexanizmləri barədə təkliflər səsləndirilib.
Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















