Icma.az
close
up
RU
Azərbaycanda bank faizləri artacaq

Azərbaycanda bank faizləri artacaq

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, yanvarın 1-i ilə müqayisədə 5,8 % çoxdur. 

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4,6 % artıb. Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət dekabrın sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,9 % olub.

Qeyd edək ki, bu gün əhalinin bir çoxu kreditdən yararlanır və vətəndaşların bir qismi banklara kreditləri vaxtında qaytara bilmir.

Ümumiyyətlə, neçə müddət ödəməyəndə problemli kreditə çevrilir və burada hər bank öz qaydasınımı tətbiq edir? Təhlükəli hədd nə qədərdir və bu rəqəm artdqca kredit verilməsi daha da cətinləşə, faiz dərəcəsi daha da arta bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, bütövlükdə ölkədə 1 ildə 4,6 faiz artım ciddi rəqəmdir:

“Ancaq bu, 2015-2017-ci illərdə baş verənlərlə müqayisədə o qədər də ciddi deyil. Bunun da səbəbi bəllidir, ölkədəki iqtisadi vəziyyət getdikcə pisləşir. Həm vətəndaşların, həm sahibkarların maddi vəziyyəti yaxşılaşmır.

Buna görə götürdükləri kreditləri vaxtında ödəyə bilmirlər. Bu, həm vətəndaşlar, həm də sahibkarlar, həm də bankların özü üçün də təhlükədir.

Çünki ölkədə son 10 ildə bir çox bank bağlandı və məhz ona görə ki, problemli kreditləri çoxaldı.

Kredit portfelinə baxanda 4,6 faiz elə kritik deyil. Ancaq bu tendensiyanın davam etmə ehtimalı böyükdür. Ola bilər ki, Mərkəzi Bank bankların kredit fəaliyyətinə nəzarəti daha da artıracaq”. 

Ekspertin sözlərinə görə, ümumiyyətlə, kredit bir gün də gecikibsə, bu artıq problemli kredit sayılır:

“Bu baxımdan, Mərkəzi Bank ehtiyatları tənzimləyir. Banklar problemli kreditlər üzrə ehtiyat yaratmalıdırlar. Ehtiyat artıq kreditin ötmə müddətindən, növündən asılıdır.

Yəni 30, 60, 90 gün keçdisə, filan qədər faiz ehtiyatı saxlayırlar və həmin ehtiyatlar da bankın kapitalından çıxılır. Buna görə də Mərkəzi Bank banklar üzərində ciddi nəzarət edir.

Ən pisi də odur ki, problemli kreditlər artıqca faiz dərəcələri də arta bilər. Çünki banklar başlayacaqlar qorxmağa və problemli kreditin sabah qaytarılması üçün banklar əlavə xərc çəkirlər. O da faizi artıra bilər, belə bir ehtimal var”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri