Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycanda barəsində bir milyon manatdan çox mülki iddia qaldırılan sahibkara bəraət verilib

Azərbaycanda barəsində bir milyon manatdan çox mülki iddia qaldırılan sahibkara bəraət verilib

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin 1 milyon 515 min 139 manat mülki iddia qaldırdığı sahibkar Hidayətov Yaqub Raquf oğluna bəraət verilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.

Eləcə də, Yaqub Hidayətovun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.

Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannəmə təqdim etməyib və ümumilikdə 1 milyon 515 min 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.

Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 min 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.

Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 28 Noyabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri