Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Ürək damar sistemi təhlükədə: Elektron siqaretlərə maraq artır

Ürək damar sistemi təhlükədə: Elektron siqaretlərə maraq artır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

0:00

/

6:03

x1

Ölkəmizdə gənclər və yeniyetmələr arasında elektron siqaretə maraq artıb. Ekspertlər bu halın gələcəkdə ciddi sağlamlıq risklərinə yol açdığı qənaətindədirlər.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif edilir.

Hər nə qədər "daha təhlükəsiz alternativ" kimi təqdim olunsa da, yeni elmi araşdırmalar onların zərərsiz olmadığını göstərir. ABŞ-nin Corciya Universitetinin alimləri siqaret və elektron siqaret istifadəsinin şəkəröncəsi və ikinci tip diabet riski ilə əlaqəsini araşdırıb. Araşdırmalar təsdiqləyir ki, elektron siqaret istifadəçilərində qısa müddət ərzində insulin müqaviməti və çəki artımı daha çox müşahidə olunub.

Hazırda dünyada 100 milyondan çox veyp istifadəçisi var. Onların 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. Ümumdünya Səhiyyə Təşkilatının 2000-2024-cü illəri əhatə edən hesabatında vurğulanır ki, elektron siqaret istifadəçilərinin böyük əksəriyyəti yüksəkgəlirli ölkələrdə yaşayır.

Azərbaycanda bu sahədəki vəziyyət isə tam aydın deyil. Buna görə bir sıra vacib suallar ortaya çıxarır. Maraqlıdır, ölkəmizdə elektron siqaret istifadəçilərinin təxmini sayı məlumdurmu? Temp artırmı? Bu siqaretlərin ənənəvi siqaretlərdən hansı üstün və mənfi cəhətləri var?

Elektron siqaretlərə maraq artır

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda siqaret çəkmə səviyyəsi hələ də yüksək olaraq qalır. 2023-cü ilin statistikasına əsasən, 15-19 yaş aralığında olanların 35,7 faizi hər gün, 64,3 faizi isə arabir siqaret çəkir. 20-44 yaş qrupunda hər gün siqaret çəkənlərin payı 94,3 faiz, arabir çəkənlərin payı 5,7 faiz olub. 45-64 yaş arasında bu göstəricilər müvafiq olaraq 97,6 və 2,4 faiz təşkil edib, 65 yaşdan yuxarı şəxslərin isə 97 faizi gündəlik, yalnız 3 faizi arabir çəkir. Tütün məmulatları üzrə bölgüyə baxıldıqda sənaye üsulu ilə istehsal edilmiş siqaretlərin istifadəsi 99,8 faiz, elektron siqaretlər 0,1 faiz təşkil edib. 20-44 yaş qrupunda siqar və siqarillodan 0,1 faiz, elektron siqaretlərdən 0,2 faiz istifadə edib.

2024-cü ilin statistikasına əsasən, ümumilikdə siqaret çəkənlərin 96,2 faizi hər gün, 3,8 faizi isə ara-sıra siqaret çəkir. Yaş qrupları üzrə təhlillər göstərir ki, 15-19 yaşlılar arasında bu göstərici müvafiq olaraq 97 faiz və 3 faizdir.

Tütün məmulatları üzrə bölgü 2024-cü ildə də əvvəlki tendensiyanı saxlayır. Siqaret çəkənlərin 99,8 faizi sənaye üsulu ilə istehsal edilmiş siqaretdən istifadə edir. Qəlyan, siqar və siqarillo istifadəçilərinin payı çox aşağıdır, cəmi 0,1 faiz. Elektron siqaret istifadəçilərinin payı ümumilikdə 0,1 faiz olsa da, gənc yaş qruplarında, xüsusilə 15-19 yaş arasında bu göstərici 0,3 faizdir ki, bu da elektron siqaretlərə marağın müəyyən dərəcədə artdığını göstərir.

Ürək-damar sistemi təhlükədə

Kardioloq Kənan Əhmədov deyir ki, elektron siqaretlər ürək-damar sistemi üçün ciddi risklər yaradır: "Bu siqaretlər tərkibində nikotin, propilen qlikol, gliserin və müxtəlif süni dadlandırıcılar ehtiva edir. Həmin maddələr uzun müddətli istifadə zamanı ürək-damar sistemi üçün ciddi risklər yarada bilər. Məsələn, nikotin qan təzyiqini yüksəldə, ürək ritminin pozulmasına səbəb ola, xolesterol balansını dəyişdirə və damarların elastikliyini azalda bilər. Bu isə nəticədə ürək xəstəlikləri, infarkt və insult riskini artırır. Eyni zamanda, elektron siqaretlər gənclər arasında asılılıq yaradan əsas faktorlardan biridir".

Mütəxəssis vurğulayır ki, bu məhsulların ənənəvi siqaretlərdən az zərərli hesab olunması düşüncəsi yanlışdır: "Hazırkı tibbi araşdırmalar göstərir ki, onların uzunmüddətli təsirləri hələ tam öyrənilməyib və ürək-damar sistemi üçün potensial təhlükə daşıyır. Sağlamlığın qorunması baxımından ən doğru seçim həm elektron siqaretlərdən, həm də tütün məhsullarından uzaq qalmaqdır".

"Yeniyetmələrdə ağciyərlərin inkişafı ləngiyir"

Pulmonoloq Əsəd Beydullayev bildirir ki, elektron siqaretlər son illər xüsusilə xanımlar və yeniyetmələr arasında populyarlıq qazanıb: "Elektron siqaretlər 2006-cı ildən satışa çıxıb. Lakin araşdırmalar göstərir ki, bu məhsullar uzunmüddətli istifadə üçün təhlükəlidir. Tibb dünyasında 2019-cu ildən etibarən tanınmış EVALİ (Elektron siqaret və veyp məhsullarına bağlı ağciyər zədələnməsi) adlı xəstəlik diqqət çəkir. Bu xəstəlik elektron siqaret istifadəsi nəticəsində yaranır və özünü əsasən təngnəfəslik, yüksək hərarət, halsızlıq və ağciyər zədələnməsi ilə göstərir".

Pulmonoloq vurğulayır ki, elektron siqaret istifadəçilərində yalnız 90 gündən artıq istifadə belə EVALİ riskini əhəmiyyətli dərəcədə artırır: "Bu xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Çünki onların ağciyərləri hələ tam inkişaf etməyib".

Əsəd Beydullayev qeyd edir ki, siqareti tərgitmək istəyən şəxslər üçün elektron siqaret alternativi məqsədəuyğun deyil: "Məqsəd yalnız zərəri azaltmaq deyil, siqareti tamamilə tərgitməkdir. Çünki elektron siqaretlər də ciddi risklərə malikdir. Bu məhsullardan uzunmüddətli istifadə zamanı tənəffüs yollarında qıcıqlanma, bronxit və digər xroniki ağciyər problemlərinə səbəb ola bilər. Gənc istifadəçilərdə isə bu məhsullar ağciyərin inkişafını ləngidə və gələcəkdə daha ciddi sağlamlıq problemlərinə yol aça bilər".

"Maarifləndirmə işlərinə ehtiyac var"

"Sağlam Düşüncə" Gənclər Təşkilatının baş katibi Hüseyn Abdullayev isə bu istiqamətdə sosial maarifləndirmə işlərinin aparılmasını vacib sayır. Onun sözlərinə görə, hazırda gənclər arasında adi siqaretlərlə müqayisədə elektron siqaretlərə maraq daha yüksəkdir. Bunun səbəbi uzunmüddətli istifadə zamanı daha az xərc tələb olunmasıdır: "Eyni zamanda, qoxusuz, iysiz, tullantısız olması, cəmiyyətdə "zərərsiz" imicinin formalaşması gənclərin diqqətini cəlb edir. Əslində isə elektron siqaret adi siqaretlər qədər təhlükəlidir. Bu istiqamətdə sosial maarifləndirmə işlərinin aparılması vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri