Kiçik səhvlərə görə məğlub olduq, heç bir oyunçu vaxt aparmırdı Füzuli Məmmədov
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Komandamızda yüksəliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Neftçi"yə 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Mütəxəssis oyunun gərgin keçəcəyini əvvəlcədən bildiklərini, rəqibi yaxşı təhlil edərək meydana qələbə üçün çıxdıqlarını vurğulayıb. O, futbolçularının əzmkarlıq göstərdiyini, lakin kiçik səhvlərin 3 xala mane olduğunu bildirib.
Baş məşqçi üstünlüyün əldən verilməsini bu cür izah edib:
"Müdafiədə buraxdığımız səhvlərdir. Rəqibin təzyiqi artdıqca səhvlər də çoxalır. Biz bunları görürük və üzərində işləyirik. Zaman keçdikcə səhvlərin sayı azalır. Düşünürəm ki, çalışmaqla bunun öhdəsindən gəlmək mümkündür".
Məşqçi rəqib həmkarının futbolçuların vaxt uzatması ilə bağlı iradına da cavab verib. O, heç kimin bilərəkdən vaxt aparmadığını, fasilələrin bəzi futbolçuların zədəli oynaması və toqquşmalarla bağlı olduğunu diqqətə çatdırıb.
Füzuli Məmmədov qış fasiləsindəki planlardan və transfer hədəflərindən danışarkən isə bunları qeyd edib:
"Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq, rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















