Icma.az
close
up
RU
Azərbaycanda becərilən mavigilə MDB və Körfəz ölkələrinə ixrac olunur Siyəzəndən REPORTAJ

Azərbaycanda becərilən mavigilə MDB və Körfəz ölkələrinə ixrac olunur Siyəzəndən REPORTAJ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Siyəzən, 4 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda yaradılan ilk və ən böyük mavigilə təsərrüfatında bu mövsüm 100 tona yaxın məhsul toplanacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən mavigilə bağlarında məhsul yığımının qızğın çağıdır. Mavigilənin toplanmasına iyunun əvvəllərindən başlanılıb. Yığım prosesi iki ay davam edir və iyul ayının sonlarında yekunlaşacaq.

2018-ci ildən fəaliyyətə başlayan təsərrüfatda mavigilənin Azərbaycan iqliminə uyğunlaşdırılmış müxtəlif sortları becərilir.

Təsərrüfatın sahə rəisi Əli Qəmbərov bildirib ki, iyirmi hektar ərazidən ötən il 80 tona yaxın məhsul toplanıb. Bu il isə təsərrüfatda məhsuldarlıq daha yaxşıdır.

“Bizim təsərrüfat 7 ildir fəaliyyət göstərir. İlk dəfə mavigilə kollarından 2020-ci ildə məhsul toplamışıq. Hazırda təsərrüfatımız genişləndirilib. Bu mövsüm məhsul yığımına iyunun ilk günlərindən başlamışıq. Məhsuldarlıq yaxşıdır. Hər gün yığım edirik. Məhsul toplanmasına günəmuzd işçilər cəlb olunur. Təsərrüfatın daimi 30 işçisi var. Yığım dövründə isə elə günlər olur ki, 200 nəfərə yaxın işçi cəlb edilir. Məhsul kollardan əllə toplanaraq, 0,5 və 0,25 kiloqramlıq qablara yığılır. Qablaşdırlan məhsul soyuducu anbarda saxlanılır və oradan satışa çıxarılır. Hazırda məhsulun bir kiloqramının topdansatış qiyməti 24 manatdır”, - deyə Əli Qəmbərov söyləyib.

Təsərrüfatda becərilən məhsulun 80 faizi xaricə ixrac olunur. Azərbaycan mavigiləsinin ixracı əsasən MDB və Körfəz ölkələrinə həyata keçirilir. Gələcəkdə Avropa ölkələrinə də məhsul satılması hədəflənib. Xarici bazara çıxarılan məhsulun keyfiyyəti, ölçüsü, rəngi və ən əsas da tərkibi standartlara cavab verməlidir.

Məhsulun bir hissəsi isə yerli bazarda satılır. Mavigilə xüsusi avtomobillərlə Bakıya daşınır və satış mərkəzlərinə paylanılır.

Siyəzəndəki mavigilə təsərrüfatı qurulanda Azərbaycana ilk dəfə 4 müxtəlif ölkədən 11 çeşiddə mavigilə gətirilib. Avstraliya, Çili, Niderland və İspaniyadan alınan bitkilərdən yalnız dörd sortu yerli əraziyə uyğunlaşıb. Həmin sortlardan üçünun becərilməsi əlverişli olduğu və kommersiya maraqlarına cavab verdiyi üçün becərilməsinə başlanılıb.

Təsərrüfatda aqrotexniki qulluq zamanı innovativ metodlardan istifadə olunur. Suvarma üçün ultrabənövşəyi filtrlərdən və osmozdan istifadə edilir ki, bu da bitki xəstəlikləri riskini aradan qaldırır. Bitkiləri tozlandırmaq üçün "Bambus" arılarından istifadə olunur.

Əli Qəmbərov bildirib ki, mavigilə bağları ilboyu aqrotexniki qulluq tələb edir. Yetişməmişdən əvvəl, meyvə vaxtı və məhsul toplandıqdan sonra bitkilərə qulluq etmək lazımdır. Xüsusilə budamaya diqqət etmək vacibdir. Növbəti il üçün məhsuldarlığın səviyyəsi, mavigilənin keyfiyyəti, ölçüsü budamadan çox asılıdır.

“Burada becərilən bitkilər Azərbaycan iqliminə tam uyğunlaşıb. Amma biz mavigiləni xüsusi torfla doldurulmuş dibçəklərdə yetişdiririk. Çünki Siyəzəndə torpağın pH (turşuluğu) səviyyəsi yüksəkdir. Bir hektarda 8 mindən çox bitki yerləşir. Bu bitkilərin kökləri mineral gübrələrə çox həssasdır. Mavigilənin yetişdirilməsində pestisidlərdən istifadə olunmur. Bu da onu tam orqanik edən amillərdəndir. Bitkilər damlama üsulu ilə suvarılır”, - deyə o əlavə edib.

Mavigilənin ən böyük üstünlüyü antioksidantla zəngin olmasındadır. Antioksidantlar insan bədənində iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edildikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı azalır. Mavigilənin şəkər miqdarı çox az olduğundan diabet xəstəliyindən əziyyət çəkənlər üçün də xeyirlidir. Bu giləmeyvənin 100 qramında cəmi 56 kalori var. Buna görə də idmanla məşğul olanlar üçün mavigilə olduqca faydalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see266

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see164

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see139

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see132

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see131

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see129

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see128

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see127

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see125

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see125

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see124

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see123

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see123

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see123

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see121

Estoniya sərhəddə qalmış maşınları satır

01 Oktyabr 2025 12:30see118

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see117

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri