Azərbaycanda bələdiyyə sədri qanunsuz ova görə cərimələndi Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Paşa Kamil oğlu Cəlilov barədə protokol tərtib edilib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manatdan iki min manatadək məbləğdə cərimə edilə, yaxud ov hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Dekabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















