Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?

Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

“Milli Məclisin son plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı.

Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azad olması nəzərdə tutulur”.

Bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, yeni dəyişikliyin elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir: “Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər”.

Azərbaycanda elektromobillərin artaraq benzinlə işləyən avtomobilləri bazardan sıxışdırması, eyni zamanda elektrik enerji doldurucularının çoxalması benzinin qiymətinə nə zamansa təsir edə, onu ucuzlaşdıra bilərmi?

Yeri gəlmişkən, İlon Mask növbəti inqilabi bir elektromobilini təqdim edib. “Tesla Cybercab” elektromobilinin sükanı və pedalları yoxdur. İki nəfərlik tam avtonom idarəetmə ilə şəhər nəqliyyatının ən təhlükəsiz vasitələrindən biri sayılır. Üstəlik qiyməti də 20 000 – 30 000 dollar arası olacaq. İstehsalına isə 2027-ci ildə başlanacağı bildirilir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, istər hibrid, istərsə də elektrikli avtomobillərə dair güzəştlərin olması gözlənilən idi: “Düşünürəm ki, qarşıdakı bu qəbildən olan güzəştlərin, yəni ekoloji baxımdan əlverişli avtomobillərin təşviqi prosesi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da davamlı xarakter daşıyacaq. Azərbaycanda COP 29-a sahiblik edən ölkə kimi növbəti ildə də yeniliklərin şahidi ola biləcəyik. Təbii ki, bu dinamika Azərbaycanda istifadə olunan avtomobillərin içərisində elektrikli avtomobillərin sayının artmasına imkan verəcək. Lakin birmənalı olaraq qeyd edim ki, yaxın və orta müddətdə biz benzinlə işləyən avtomobillərin elektriklə kütləvi əvəzlənməsini görə bilməyəcəyik. Bunun üçün bir sıra obyektiv səbəblər var. Bu təkcə mövcud infrastrukturla bağlı deyil. Bunlardan biri elektrik avtomobillərinin kifayət qədər bahalı olmasıdır. Bu bütün dünyada elektrik avtomobillərinin yayılmasına mane olan başlıca səbəbdir. Digər səbəbi isə bu avtomobillərin benzinlə işləyən avtomobillər kimi yüksək keyfiyyətlərə sahib olmamasıdır. Yüksək keyfiyyətlər dedikdə burada texniki göstəricilərdən söhbət gedir. Artıq dəfələrlə belə avtomobillərin müxtəlif səbəblərdən nasazlıqlarının peyda olmasından irəli gəlir. Hətta bu tip avtomobillərə mərkəzləşdirilmiş qaydada başqa ölkələrdən belə nəzarət mexanizminin mümkün olması faktları mövcuddur. Hətta bir neçə gün əvvəl yayılmış məlumatların birində qeyd edilib ki, ABŞ-də elektriklə işləyən istənilən nəqliyyat vasitəsini artıq polis bir kilometr radiusda müəyyən edərək onu tamamilə işləksiz vəziyyətə gətirə bilir. Yəni elektrik avtomobillərini idarə edənlərin sükan əslində öz əlində olmayacaq. Bu gələcəyin çağırışıdır. Bu faktdır. Məhz benzinlə işləyən avtomobillərin heç bir zaman ”trend”dən kənarda qalmasına imkan verməyəcək. Bu gün peycerlər, telefonlar partladılırsa, təbii ki, bu tip avtomobillər də kənardan idarə edilmək imkanına malikdir”.

İqtisadçı Natiq Cəfərli öz sosial media hesabında elektrik avtomobilləri ilə bağlı fərqli fikirlər bildirib: “İnsanların əksəriyyəti düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin ”möcüzəsidir”, amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu “elektokar” olub. Neft emalı genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb. 1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən “elektrokar” mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.

Son 15-20 ildə yenidən populyarlaşan “elektrokar” mövzusu öz “renesansını” baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə “duz, istiot” qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, “eloktrokar” mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.

Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdır.

Məsələn, bir Tesla avtobolində 5375 dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 m2 yer səthi qazılaraq 11 adda faydalı qazıntılar çıxarılmalıdır – bir daha, bu cəmi 1 “elektrokar” üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 m2 yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yararlı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm – 1 “elektrokar” üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. Hə, onu da deyim ki, 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə artmalıdır ki, ehtiyaclar ödənilsin.

Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır, amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar”.

Qeyd edək ki, 2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri