Icma.az
close
up
RU
Azərbaycanda binalarda qazdan imtina edilir? Nüsrət Qasımovdan ETİRAZ

Azərbaycanda binalarda qazdan imtina edilir? Nüsrət Qasımovdan ETİRAZ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında bildirilir ki, Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazdan imtina edərək onları bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır. Bu çərçivədə elektrikli istilik nasosları, elektrik plitələri, müasir izolyasiya materialları, LED işıqlandırma və enerjiyə qənaət edən məişət texnikasının quraşdırılması nəzərdə tutulur. Məqsəd binaların enerji səmərəliliyini artırmaq və dekarbonizasiya hədəflərinə çatmaqdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirdi ki, 100 ildir ki, Azərbaycan xalqı qazdan istifadə edir:

"Nə oldu, birdən-birə imtina edəsi olduq? Qaz ən ucuz, ən sərfəli yanacaq növüdür. Necə olur ki, Avropada ondan yoxdur, amma bizdən qaz alırlar? İndi biz öz qazımızı bəyənmirik. Nə məsələdir, xeyir ola? Elə deyil axı, bunun xeyrindən çox ziyanı olacaq. Əvvəla, qazda olan komfort işıqda yoxdur. İkincisi, bütün işıq sistemi dəyişilməlidir. Kabellər dəyişilməlidir. Elektrikdə yüksək dərəcədə yüklənmə baş verəcək. Evdə yanğın hadisələri artacaq. İnsanlar təhlükə altında yaşayacaqlar. Bunu kim ortaya atıb? Bu absurddur. Biz buna hazır deyilik. Bütün 100 ildə qurulmuş qaz sistemi dəyişilməlidir. Minlərlə, milyonlarla kombi sistemi var, hansı ki, qazla işləyir. Kalonkalar var, qızdırıcı aparatlar var. Bunların taleyi nə olacaq? Onda gərək "Azəriqaz"ı tamam bağlasınlar, 12 min işçi işsiz qalsın".

Müsahibimiz əlavə etdi ki, Amerikada 20 milyondan çox əhalisi olan Nyu-York şəhəri qazdan istifadə edir.

"Bütün Amerika və Avropa qazdan istifadə edir. Məsələn, Kanadada işıqla istifadə edirlər, çünki onların qaz mənbəyi yoxdur. İşığı bünövrədən elə qurublar ki, vərdiş ediblər işıqla işləməyə. Amma qazı olan ölkə öz ən sərfəli yanacaq növündən imtina edib, elektrik enerjisinə keçir. Bu əsas elmi və praktiki səbəblərlə əsaslandırılmalıdır. Məsələ nədir? Məsləhət pulsuzdur deyə, yerindən duran məsləhət verir. Bu məsələnin iqtisadi tərəfi, mənəvi tərəfi və sərfəli tərəfi barədə düşünən yoxdur. Mən 50 ildir bu sistemdə işləyirəm, qazın faydasını bilirəm və bunu hamıya danışmışam. Daşınması sərfəlidir, saxlanması sərfəlidir, istifadəsi sərfəlidir. Niyə durduğumuz yerdə biz qazdan istifadə etməliyik? Bunlar çalışırlar ki, Azərbaycan millətini zəlalətə salsınlar, qazı əlindən alıb kapitalist ölkələrinə satsınlar. Qonşu Türkiyə, qonşu Ermənistan hamısı qazdan istifadə edir. Heç bir əsassız, elmi əsası olmayan, ağılsız bir fikirdir", - deyə Nüsrət Qasımov vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri