Icma.az
close
up
RU
Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək? Rəsmi açıqlama

Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək? Rəsmi açıqlama

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

20 oktyabr 2025-ci il tarixində ilkin olaraq iqtisadiyyat.az saytında və daha sonra ona istinadən bəzi media resurslarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsinə cəlb edilən bir sıra ekspertlərin adları və onlara fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahı dərc edilib. Yalnız TKTA-nın xəbərdarlığından sonra dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış sözügedən siyahı jurnalistika etikası prinsiplərinə uyğun olaraq əksər internet resurslarından çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, ictimaiyyətdə yanlış təsəvvür yaradacaq şəkildə hazırlanıb. Belə ki, siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. Bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsi şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulmasıdır.

"Bildiririk ki, təhsil müəssisələrinin akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilən "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na (bundan sonra Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydalara əsasən, TKTA tərəfindən təşkil edilən komissiyalar akademik müstəvidə təmsil olunan yerli və xarici mütəxəssislər, həmçinin işəgötürən qismində çıxış edən nümayəndələr, eyni zamanda, təhsilalanlardan təşkil olunur. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb edilir. Üzvlər əməkdaşlığa cəlb edilməzdən əvvəl onların adları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq əldə edildikdən sonra bu şəxslərlə müqavilələr bağlanılır.

Təkrarən qeyd edirik ki, TKTA ilə əməkdaşlığa cəlb edilən ekspertlər qanunvericiliyin tələblərinə uyğun olaraq ödənişli əsasda fəaliyyət göstərirlər. Onların vəzifəsi təhsil müəssisələrinin və ya təhsil proqramlarının dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Akkreditasiya prosesi illik əsasda təsdiq edilən fəaliyyət planına əsasən, müvafiq qrafik üzrə həyata keçirilir və bu işlərin icrası üçün ekspertlərə qanunvericiliklə müəyyən edilən məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən komissiya üzvlərinin seçilərək əməkdaşlığa cəlb edilməsi üçün onların müəyyən tələblərə cavab verməsi şərtləri mövcuddur. Maraqlanan şəxslər bu tələblərlə aşağıda qeyd edilən keçid vasitəsilə tanış ola bilərlər: https://tkta.edu.az/p/ekspert-telimleri

TKTA şəffaflıq və ictimai hesabatlılıq prinsiplərinə sadiq olmaqla yanaşı, şəxsi məlumatların qorunması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq, konfidensiallığa riayət edir və onların icazəsiz paylaşılmasını qəti şəkildə yolverilməz hesab edir.

TKTA olaraq jurnalist etikası prinsiplərinə və şəxsi məlumatların qorunması qaydalarına hörmətlə yanaşaraq, media nümayəndələrini, fərdlərin razılığı olmadan məlumatların yayılmaması üçün məsuliyyətli davranmağa dəvət edirik. Həmçinin media nümayəndələrinə bir daha tövsiyə edirik ki, yayılan informasiyanı tirajlamamışdan öncə onun etibarlılığına əmin olsunlar", - deyə məlumatda qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri