Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 68 % azalıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar ayında "AzStateNet" şəbəkəsi üzrə 14 milyon 795 min zərərli keçid bloklanıb.
Bakıvaxtı.az xəbər verir ki, Report-un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68 % azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 319 min 100, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 12 min 273 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 5 % və 37 % azdır.
2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 11 Fevral 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















