Icma.az
close
up
RU
Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub

Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün bp şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüsün uğurla başa çatdığını elan edib.

SİA xəbər verir ki, şirkətdən verilən məlumata görə, layihədə əsas məqsəd ölkə üzrə 40 mindən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaq olub.

Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.

Kitabların təqdimatı münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyuruq. İnklüzivlik və bərabər imkanlar sosial investisiya strategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbət dəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir. Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür”.

Layihənin ümumi dəyəri 133 min manat (78235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir. Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşr olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Yanvar 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri