Icma.az
close
up
RU
Ortaq Türk Əlifbasında yazılan ilk kitab FOTOLAR

Ortaq Türk Əlifbasında yazılan ilk kitab FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Türk dünyasının nəhəng yazıçısı Çingiz Aytmatovun əsərləri ortaq türk əlifbasında çap olunub. 
Modern.az-ın məlumatına görə, kitab Türkiyə türkcəsi və Qırğız türkcəsi əsasında, yeni ortaq əlifbadan istifadə olunaraq ərsəyə gətirilib.
Kitabın ön sözünün müəllifi Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoydur. Nazir yazısında vurğulayır ki, Çingiz Aytmatov təkcə bir yazıçı deyil, həm də Türk dünyasının birləşdirici səsidir:
“Aytmatovun əsərlərində dilə gələn acılar, ümidlər, sevinclər və dirənişlər bütün türk xalqları üçün ortaqdır. Onun qələmindən çıxan insanlıq hekayəsi, əslində, bir-birindən ayrı düşmüş qardaşların həsrətini də daşıyır”.
Mehmet Nuri Ersoy ön sözdə qeyd edir ki, bu əsərin hazırlanması təkcə texniki bir təşəbbüs deyil, “ürəklərin və dillərin qucaqlaşmasının nişanəsidir.” Nazirə görə, türk xalqlarının yüz illər sonra yenidən bir araya gəlmək arzusunun səsi bu kitabda öz əksini tapır:
“Bu əsər, Türk dünyasının ortaq gələcəyinə atılmış kiçik, amma mənalı bir addımdır. Ortaq əlifba və ortaq mədəniyyət idealına inananların fədakar səyləri sayəsində ərsəyə gəlib”.

Sözügüdən kitab bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı türk dövlətləri liderlərinə bağışlanacaq. 
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı ötən il Bakıda razılığa gəlib. Əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri