Icma.az
close
up
RU
Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR

Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhər sakini Məmmədkərimov İlkin İlqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

“Mən, Məmmədkərimov İlkin İlqar oğlu, yazaraq bildirim ki, sizə müraciətim qida, gigiyena və təmizlik məhsulları, eləcə də dərmanların keyfiyyəti ilə bağlıdır.

Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiyadakı fəaliyyətini dayandırdı. Belə ki, əksər şirkətlər bu ölkədəki aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Həmin vaxtadək Azərbaycana qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar əsasən Rusiyadan gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün ölkəmizə Türkiyə və Asiya ölkələri istehsalı olan markalar gəlməyə başladı. Şübhəsiz, bunların da Rusiya və Qərb ölkələrinin istihsel etdiyi məhsullara nisbətən keyfiyyəti aşağıdır. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq.

Qərb ölkələri istehsalı olan markalar da müharibə səbəbindən daşınma xərclərinin həddən artıq yüksəldiyini əsas gətirərək, ölkəmizə Türkiyə və Asiya ölkələrində istehsal olunan məhsulları gətirməyə başladılar. Məsələn, illərdir Belçika istehsalı olan “Nutricia” brendinin “Aktivia” və “Danone” yoqurtları gəlirdisə, müharibədən sonra Moldova istehsalı olan məhsullar gəlməyə başladı ki, onların da keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir.

Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn, illərdir Rusiya və Avropa ölkələrində istehsal olunan “P&G” brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələrinin məhsulları ilə əvəz olunub. Misal olaraq, əvvəllər Çexiya istehsalı olan “Ariel” yuyucu toz markası gəlirdisə, artıq Türkiyə istehsalı olan mallar gəlir. Eynilə, əvvəllər Belarus istehsalı olan “Fairy” qab şampunu markası gəlirdisə, hazırda Türkiyə istehsalı olan məhsullar gəlir. “Comet” markası isə tamamilə yığışdırılıb.

Əvvəllər Almaniya istehsalı olan ağız baxım markası “Blend-a-med” gəlirdisə, indi onun yerinə Türkiyə bazarı üçün istehsal olunan “Oral-B” diş məcunları gəlir ki, keyfiyyəti bərbaddır. Həmçinin, əvvəllər ölkəmizə İrlandiya istehsalı olan “Oral-B” diş fırçaları gəlirdisə, indi isə Çin malları gəlir. “Unilever” brendi də illərdir Rusiya və Avropa ölkələrində istehsal olunur və otradan ölkəmizə gətirilirdisə, indi “Clear”, “Domestos”, “Rexona”, “Dove”, “Camay”, “Lisnoy Balzam”, “Çistaya Linya” və s. markaları artıq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrdən gətirilir. “Henkel”, “Johnson & Johnson”, “Reckitt Benckiser” və digər brendlərdə də vəziyyət eynidir.

Dərman vasitələrinə gəldikdə isə, burda da oxşar vəziyyətdir. Məsələn, qrip və soydəyməyə qarşı olan “Johnson & Johnson” brendinə məxsus “Rinza” markası artıq Hindistandan gətirilir, keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün, əsasən yaşlı insanların illərdir qəbul etdiyi “Stada” brendinə məxsus “Kardio Maqnil” dərmanı əvvəllər Almaniyadan gəlirdisə, indi isə Rusiya istehsalı gətirilir.

Ümumiyyətlə, “GSK”, “Bayer”, “Sanofi” və Qərb ölkələrinə məxsus digər dərman brendlərinin məhsulları məqsədli şəkildə yoxa çıxarılır, əvəzində isə Türkiyənin “Nobel İlaç”, “Vəfa İlaç” və s. dərman şirkətlərinin ucuz başa gələn mallar gətirilir, üstəlik də daha baha qiymətə satılır. Məsələn, bakteriyalara qarşı olan “GSK” brendinə məxsus “Zinnat” dərmanı, yaxud Portuqaliya istehsalı olan “Atral” brendinin “NeoChef” dərmanı illərdir satışda yoxdur, bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin “Nobel İlaç” şirkətinin “Meqaçet” dərmanı apteklərə doldurulub ki, onun da keyfiyyəti bərbaddır.

İllərdir Rusiya, Belarus və Ukraynada istehsal olunan “Natrium xlor” sistemi artıq Türkiyədə istehsal olunur. Təsadüfi deyil ki, indi həkimlər də müalicə üçün xəstələrə dərman yazmaqda çətinlik çəkirlər. Çünki əksər dərmanların keyfiyyətsiz olduğunu bilirlər”.

Maraqlıdır ki, bütün bunlarla bağlı Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət edildildikdə, "Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb, uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir, hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər", - deyə cavab verilib.

Xatırladaq ki, bu yaxınlarda astma xəstələri də illərdir aldıqları Avropa istehsalı olan dərmanların tapılmadığını, əvəzində isə baha qiymətə Türkiyə istehsalı dərmanları aldıqlarını, onların da keyfiyyətsiz olduğu haqda mətbuata şikayət etmişdilər. Məsələ ilə bağlı TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, TƏBİB ölkəyə dərman idxalı ilə məşğul olmur.

Məsələnin kökündə isə o dayanır ki, bütün dünyadan fərqli olaraq, bizim ölkədə qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur, olanların da nümayəndəliyinin harda olduğunu, əlaqə nömrəsini heç kəs bilmir. Bir sözlə, ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh qurum olmadığı üçün istehlakçıya bahalı brendlərin məhsulları adı altında keyfiyyətsiz mallar sırınır.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri